"Keşlə" Antalya toplanışını başa vurub.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi bu gün son yoxlama görüşünə çıxıb.
Tərlan Əhmədovun yetirmələri Türkiyədəki 4-cü sınağında "Çertanovo" ilə qarşılaşıb. Rusiyalılarla oyun Bakı vaxtı ilə 13:00-da start götürüb.
Əvvəlki üç matçında 1 dəfə heç-heçə edib, 2 dəfə məğlub olan "Keşlə" ilk qələbəsini qazanmağa nail olub. Slavik Alxasovun ikinci hissədə vurduğu yeganə qol təmsilçimizə qələbə gətirib.
Yoxlama görüşü
25 yanvar
13.00 Keşlə (Azərbaycan) - Çertanovo (Rusiya) 1:0
Qol: Slavik Alxasov, 66.
Fanat.Az