Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt” sabah iki yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi öncə Almaniya Regional Liqası təmsilçisi "Optik Ratenov”la, ardınca Serbiya təmsilçisi "Zemun”la qarşılaşacaq.
Lara bölgəsindəki "Fanatic" stadionunda baş tutacaq olan oyunlar müvafiq olaraq yerli vaxtla 11.00 (Bakı vaxtı ilə 12.00) və 15.30-da (Bakı vaxtı ilə 16.30) start götürəcək.
Qeyd edək ki, "Sumqayıt” toplanış dönəmində "Jetısu” (Qazaxıstan) ilə 1:1-lik heç-heçə etdiyi halda, "Vardar”ı (Makedoniya) məğlub edib - 3:1.
Fanat.Az