21:25 28.01.2019 1577

"Corabların biri qara, digəri tünd göy idi..."

 

Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov feysbuk səhifəsində bu gün dünyasını dəyişən Adil Nadirovla bağlı xatirələrini bölüşüb:

 

 

Son açıqlamasını Futbol+ qəzetinə verdi...


Çoxlarının, orta, gənc nəslin yaddaşında Adil müəllim funksioner, klub prezidenti, son illər çempionat oyunlarında AFFA nümayəndəsi kimi qalıb.
Adil Nadirov çox yaxşı futbolçu olub. Doğma Ağdamla yanaşı SSRİ çempionatının ikinci dəstəsində "Avtomobilçi" Mingəçevirin də şərəfini qoruyub...

Futbolçu karyerasını bitirdikdən sonra bütün ömrünü "Qarabağ"a həsr etdi. Çoxları indiki "Qarabağ"ı görür. "Qarabağ"ın yaşamasının əsas səbəbkarlarından biri, birincisidir Adil müəllim. "Qarabağ"ın bəxti onda gətirdi ki, Ağdamın Adil Nadirovu var idi...


Qarabağda müharibənin qızğın vaxtları idi. Ağdamda qeyrətli oğullar hər qarış torpaq uğrunda döyüşə-döyüşə "Qarabağ"ı da yaşadırdılar. "İmarət"də tribunalar dolu olurdu...


SSRİ dağılmamışdı hələ, son çempionat oyunları keçirilirdi. İkinci dəstədə çıxış edən klublarımızın qarşılaşmalarını özümüz, yerli hakimlər biriqadası idarə edirdi...


1991-ci ildi, Ağdamdayıq. Səhər tezdən Adil müəllim öz maşını ilə gəldi. Həmişə olduğu kimi gülər üzlə "durun gedək zavtraka"... Təşəkkür etdik. Cavabında, xoş təbəssümlə "nə təşəkkür, Ağdamda qaymaq, balsız səhər yeməyi olmur"...


Şəhərdə məşhur böyük "Armudu" çay evi vardı.


Qalxdıq yuxarı mərtəbəyə, Ağdamı seyr edə-edə futboldan çox Qarabağda olan vəziyyətdən, müharibədən danışdıq. "Zavtrak" bir bəhanə idi...

90-cı illərdə qaçqın-köçkün "Qarabağ" harda, Adil müəllim də orada idi. Daha doğrusu, Adil müəllim harada, "Qarabağ" da orada...
Mingəçevir, Sumqayıt, Bakı...


Bəxtsiz Qarabağın bəxti də olarmış... "Qarabağ"da kluba dəyər verən yerli futbolçular pleyadası yetişmişdi. Ac-susuz "Qarabağ"ı yaşadırdılar, özlərini başqa komandada təsəvvür etmirdilər. Ətraf şəhər və rayonlardan olan futbolçular da özlərini "Qarabağ"ın bir parçası sayırdılar...


Adil müəllim öz dostları ilə "Qarabağ"ı yaşatmaq üçün qapı-qapı gəzir, gah İcra Hakimiyyəti, bəxt gətirəndə də ara-sıra müvəqqəti sposorlar tapılırdı. Sponsor adı uca səslənir, söhbət indiki şəraitdən, sponsorlardan getmir. Ayaqda qalmaq, dövrə uyğun minimum şəraitin yaradılması idi...


Sumqayıtın "İnşaatçılar" stadionunda çempionat oyunlarından biri...Matçın başlamasına dəqiqələr qalıb. Adil müəllim əlində iki "getrı" (futbolçu corabı) ilə yanımıza gəldi. Corabların biri qara, digəri tünd göy idi. Çox pərişan halda, "getrı çatışmır, İcazə verin bunları geyinək". Adil müəllimin üzündəki üzüntü, kədər, qəm-qüssə indi də gözümün qarşısındadı...


"Qarabağ" belə yaşadı, bu günlərə gəldi...


Quzanlıda "Neftçi" ilə qarşılaşmalarda hər dəfə görüşürdük, çətin illəri ayaqüstü də olsa yada salırdıq. Quzanldakı oyunlarda üzü həmişə olduğu kimi gülürdü...


Son vaxtlar komissar gedirdi oyunlara. Ara-sıra "Neftçi"nin də görüşlərinə təyinat alırdı. Artıq xəstəliyindən şikayət edirdi. "Bir Ağdamı, "İmarət"i görsəydim", deyirdi...


Qismət olmadı. Təki "Qarabağ"ın ÇL-i, Avroliqası olmayaydı, Ağdamı, "İmarət"i olaydı...


Bilirəm, bilirəm ki, Ağdamsız, "İmarət"siz rahat getmədin, Adil müəllim. Rahat ol, "Qarabağ"ın Avropa meydanlarında yol qət etməsi, səsinin ucalması

 

Sizlərin əməyinizdi, Adil müəllim.

 

O illər olmasaydı, bu günlər olmazdı!

 

 

ALLAH RƏHMƏT ELƏSİN.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X