12:29 30.01.2019 1924

\"Elxan Məmmədov özünü nağıllar aləmində hiss edir\" - SORĞU

AFFA-nın baş katibi Elxan Məmmədov millimizin AÇ-2020-nin final mərhələsinə qatılmaq uğrunda mübarizə aparacağını deyib. Bəs görəsən, bu nə dərəcədə real arzudu? Yığma 3 qrup bir 1/4 final mərhələsi oyunu Bakıda keçiriləcək qitə birinciliyinə vəsiqə qazanacaq potensiala sahibdimi? Bu haqda ölkənin idman mətbuatında "külüng çalan" media mənsublarının fikirlərini öyrəndik.

 

 

Mahir Rüstəmli ("Futbol+" qəzetinin baş redaktoru): "Elxan bəyin həmin açıqlamasını yalnız "general olmaq istəməyən əsgər əsgər deyil” prinsipinə söykənəndə alqışlamaq olar. Bunu istək olaraq ortaya atmaq mümkündü, amma təbii ki, həfədə çatmaq real deyil. DÇ-2018-in seçmə turnirində Çexiya ilə Norveçi, Millətlər Liqasının seçmə turnirində isə Kosovonu qabaqlaya bilməyən komandanın belə yüksək hədəflərə boylanması tezdi. Final mərhələsinin 4 oyununun Bakıya salınması temperamentli Şərq kişisi üçün hər nə qədər stimullaşdırıcı iksir rolunu oynasa da, yaşıl meydanda elə mübarizə anı yetişir ki, ustalıq səviyyəsindən başqa hansısa iksir işə yaramır. Xorvatiya, Uels, Slovakiya və Macarıstan arasında ilk iki yerdən birini tutmaq potensialımız yoxdu. Bunu Azərbaycanda 7-dən 77-yə hər kəs anlayır. Elxan Məmmədovun dedikləri, sadəcə, reallığa söykənməyən arzudu. Hələ ki adı açıqlanmayan yığma çalışdırıcısı da Bakıya gələndən 3-5 gün sonra bunu anlayacaq. Fikrimcə, yığma gələcəkdə hansısa hədəflərə çatsa belə, addım-addım irəliləyəcək. Bizdə inqilabi nəticələr göstərməyə qadir potensial yoxdu".


Rəşad Ergün (komanda.az saytının redaktoru): "Elxan Məmmədov özünü nağıllar aləmində hiss edir. Hərdən mənə elə gəlir ki, bu adamın ölkə futbolundan zərrə qədər xəbəri yoxdur. Məsələn, azərbaycanlı futbolçuların, Azərbaycan millisinin potensialını bilmir. Adamın baş katibliyi dövründə dünyada nə qədər mənasız, səviyyəsiz, həvəskar futbolçu varsa, "milliləşdiriblər”, doldurublar Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına. Bütün bunların üzərinə bir də "millimiz AÇ-2020-də olmalıdır" demək üçün adamda üz olmalıdır. Gördüyünüz kimi, o üz də Elxan Məmmədovda var. Azərbaycanlıların yaxşı bildiyi bir məsəl var: Nəynən, Alış? Bax, Elxan Məmmədov indi o Alışın yerindədir”.


Vüsal Mahmudov (futbolinfo.az saytyının baş redaktoru): "Düz deyib. Oynayıb 0:8 uduzmaq da mübarizə sayılır. Və bunu San Marino, Cəbəllütariq də edəcək. "Vəsiqə qazanacaq" desəydi, qeyri-adi olardı. Vəd deyil, olacağın təsviridi”.

 

Elçin Cəlilov: (Futbolpress.az saytının baş redaktoru): "Azәrbaycan futbolu elә bir potensiala sahib olduğunu düşünmәyә indiyәdәk heç bir әsas vermәyib. Qrupdakı rәqiblәrә baxanda da bunun tәsadüfәn baş verәcәyinә inam itir. Bu iddialar vaxt udmaqçündür. Әsassız fikirlәrdir vә cәmiyyәti, ölkә rәhbәrliyini aldatmağa nóvbәti cәhddi. Azәrbaycan futbolunun ciddi әsaslarla müәyyәn inkişaf mәrhәlәsinә çatdırmaq gәrәk idi. Geridә qalan illәrdә bunun baş vermәmәsi ağır sualdır. Hansı mәşqçi gәtirilsә, özündәn hoqqa çıxara bilmәz. Әldә olan imkanlar iddialara cavab verәcәk sәviyyәdә deyil”.



Ceyhun Rzayev ("Xəzər” televiziyasının əməkdaşı): "Elxan Məmmədovun özü də dediyinə inanmır. Açıqlaması reallıqdan uzaq, heç bir məntiqə sığmayan, ictimaiyyəti şirin vədlərə inandırmaq cəhdidir. Bu qədər”.


Ruslan Mikayıllı (azerisport.com saytının əməkdaşı): "Qısa deyəcem, indiki durumda bu real gorünmür. Milletler Liqasi qurpunu aşa bilmeyen komanda Xorvatiya, Uels kimi millileri keçmək iqtidarında ola bilmez. Yaxşısı odur ki, AVRO-2020-də ev sahibliyi edəcəyimiz oyunlara hazırlaşaq ve gələcəyin komandasını quraq. Təbii, yeni baş məşqçinin adi bəlli olandan sonra”.

 

Amal Abışov: (Sport7.az saytının əməkdaşı): "Mən Elxan Məmmədovun ağıllı və tədbirli adam olduğuna şübhə etmirəm. Əvvəllər futboldan bixəbər idi. Artıq uzun müddətdi ki, AFFA-nın baş katibidi, futbolun içindədi. Bəzi şeyləri öyrənib, hazırkı futbolçu nəslinin də, millimizin də potensialına bələddi. Özü də bilir ki, onun dediklərinin reallıqla yaxından-uzaqdan əlaqəsi yoxdu. Tək o yox, ağlı başında olan istənilən ciddi şəxs Azərbaycan millisinin böyük turnirlərin final mərhələsinə düşəcək gücdə olmadığını bilir. Nəinki final mərhələsində oynamaq, yer aldığımız qrupda sonuncu olmamaq belə bizim üçün hazırda uğur sayılacaq. Bizi də bu günə elə Elxan Məmmədovun baş katibi olduğu qurum, yəni AFFA salıb. Təsadüfi deyil ki, Məmmədov tez-tez məsuliyyətdən yayınmaq üçün fikir dəyişdirir, gah İcraiyyə Komitəsini, gah da Məşqçilər Komitəsini hədəf göstərir, baş məşqçini onların seçəcəyini deyir. İşin əsli isə hamıya məlumdu. Vaqif Sadıqovu misal göstərək. Adam həm İK-nin, həm də MK-nın üzvüdü. Hər açıqlamasında yaxasını kənara çəkir, millinin baş məşqçisi olmağa namizəd göstərilən əcnəbi mütəxəssislərin kim olduğundan xəbərsiz olduğunu deyir. Bundan əyani misal nəyi göstərim? Sadıqov və digərləri də Elxan Məmmədovun günahına şərik olmaq istəmirlər. Yaxşı başa düşürlər ki, gec-tez AFFA-dan hesab sorulacaq, milyonların hesabını istəyəcəklər. Baş məşqçi hazırkı şəraitdə nəticə baxımdan həlledici faktor deyil. Fakt odu ki, Azərbaycan millisinə oynamağa hazır olan 11 demirəm, heç 4-5 yüksək səviyyəli futbolçumuz yoxdu. Bunun da məsuliyyəti AFFA-nın üzərindədi. Elxan Məmmədov bəhs edilən hədəfin qeyri-real, əlçatmaz olduğunu bilə-bilə futbol ictimaiyyətini ələ salmaqla məşğuldu. AFFA son dövrlərdə yalnız bir dəfə doğru kurs müəyyənləşdirmiş, qarşıya bu cür qeyri-real hədəf yox, mərhələli inkişaf planı qoymuşdu. Təəssüf ki, Qurban Qurbanovla birlikdə həmin strateji plandan da imtina olundu. Azərbaycan futbolu isə ildən-ilə geriliyir, uçurumun dibinə yuvarlanır”.


Pərviz Eltürk (rekord.az saytının əməkdaşı): "Azərbaycan yığmasının AÇ-2020-nin finalında oynaması gözəl arzudu. Amma reallıqdan çox-çox uzaqdı. Bu o halda mümkün ola bilərdi ki, Robert Prosineçki ilə AÇ-2020-nin sonunadək müqavilə imzalanardı. Yaxud da ondan sonra baş məşqçi postuna gətirilən Qurban Qurbanova ən azı qitə birinciliyinə qədər işləmək imkanı yaradılardı. Hazırda isə AÇ-2020-yə elə də çox böyük vaxt qalmayıb. İndiki məqamda AFFA rəhbərliyinin məhz baş məşqçi ilə bağlı qərarları çox yersiz oldu. Hələ də müəyyənləşməyən yeni baş məşqçi qarşıdakı 50 gün ərzində futbolumuza, Azərbaycan millisinə nə vaxt tam uyğunlaşacaq, bütün mentalitetə bələd olacaq ki, hələ bu komandaya uğur da qazandırsın. Yığmamızın potensialı da AÇ-nin final mərhələsində oynamağımıza imkan vermir. Millətlər Liqasının qrup mərhələsində özümüzdən də zəif komandalar arasında lider olmağı bacarmadıqsa, indi qitə birinciliyi ilə bağlı utopik xəyallar qurmağımız absurddu. Vaxt az, potensial yox dərəcəsindədi, hətta deyərdim, futbol təsərrüfatımız da belə bir uğura layiq deyil”.

 

Fanat.Az 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2025
13:19

Ərəblər "Mançester Siti"nin ulduzunu da aparırlar

13:19

Leroy Sane Türkiyə yolunda - 15 milyonluq maaş təklif olunur

12:53

Neymar koronavirusa yoluxdu

12:20

"Barselona" ter Ştegendən qurtulmağın yolunu tapdı

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Paçettino "Tottenhem"ə mümkün dönüşündən danışdı - "100 məşqçidən biriyəm"

10:41

Günün oyunları bu kanallarda - AFİŞA

10:06

U-21 Sumqayıtda Monteneqro ilə qarşılaşır

09:38

Millətlər Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Azərbaycan millisinin rəqibi Kanada ilə bacarmadı

01:50

Türkiyə millisi ABŞ yığmasını yendi

00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 İyun 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

Facebookdan bizi izləməyi unutmayın.
X