Malavili hücumçu Robin Nqalandenin "Zirə"yə keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bunu klub "Facebook" səhifəsi vasitəsilə bəyan edib.
Bir müddətdi komandada baxışda olan 27 yaşlı oyunçu bəyənilib. Malavi yığmasının üzvü ilə 6 ay + 1 illik müqavilə imzalanıb. Yəni Nqalande bu mövsüm özünü yaxşı tərəfdən göstərə bilsə, anlaşması avtomatik olaraq daha 1 illik yenilənəcək.
Qeyd edək ki, 2010-cu ildə "Atletiko"ya transfer olunan Robin Nqalande iki il Madrid klubunun C komandasında çıxış edib. 2012-ci ildə CAR-a yollanan hücumçu "Bidvest Vits"lə anlaşıb. O, 2014/15 mövsümündə bu ölkənin "Ayaks Kape Taun", 2015/16 mövsümündə "Platinum Stars" klublarına icarəyə verilib. 2017-ci ildə bir müddət "Masters Sekuriti"də çıxış edib və "Baroka"ya keçib.
26 yaşlı forvard 2012-ci ildən çağırıldığı Malavinin əsas millisində 32 oyun keçirərək 1 qol vurub.
Fanat.Az