Bu gün Azərbaycanın ilk idman telekanalının yaranması günüdür. "İdman Azərbaycan" 10 yaşını qeyd edir.
"İdman Azərbaycan” telekanalı ilk dəfə 2009-cu ilin fevral ayının 1-də tamaşaçıları ilə görüşə gəlib.
Avropanın bir çox aparıcı çempionatları, Çempionlar Liqasının və Avropa Liqasının oyunları uzun müddət məhz "İdman Azərbaycan”ın peşəkar
şərhçilərinin vasitəsiylə doğma dilimizdə evimizə qədər gəlib.
Telekanal indi də dayanmadan inkişaf edir, təkcə idman meydanlarından və yarışlardan canlı yayımlarla deyil, müxtəlif maraqlı proqramlar, analitik verlişlərlə tamaşaçılarını sevindirir.
Fanat.Az saytının kollektivi "İdman Azərbaycan”ı 10 yaşı münasibətiylə təbrik edir, dəyərli həmkarlarımıza yaradıcılıq uğurları arzulayır.
Fanat.Az