Almaniya III Bundesliqasında XXII tur başlayıb.
Fanat.Az-ın məlumatına görə, millimizin forvardı Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” də növbəti görüşünü keçirib.
Rüfətin komandası "Kayzerslautern”i qəbul edib və 2:0 hesablı qələbə qazanıb. İlk dəqiqələrdən meydanda olan Dadaşov 73-cü dəqiqədə əvəzlənib.
22 oyuna 33 xal yığan "Proyssen” turnir cədvəlində 7-cidi.
Fanat.Az