"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XV turunda "Sabah"a evdə 0:2 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis öncə oyunu dəyərləndirib:
"Bizim üçün həddən artıq pis oyun oldu. Özümüz bunu gözləmirdik. Görünən odur ki, yoxlama matçlarıyla çempionat qarşılaşmalarının fərqinə varmadıq. Azarkeşlərimzin qarşısında çox həyəcanlı oynadıq. Matçdan əvvəl demişdim ki, bir nəfər oyundan qopsa, pis olacaq. İlk hissədə 5-6 futbolçumuzda belə oldu. Yığıb yığışdıra bilmədik. Yeni futbolçularımızdan bugünkü gündə heç nə gözləmirdik. Ancaq istədik ki, Azərbaycan çempionatını hiss etsinlər. Nisbətən razı olduğumuz iki nəfəri meydana buraxdıq. Ümid veriləsi bir oyun idi. Hər şey etdik ki, özümüzü çüxura salaq. Əsla rahatçılıq yox idi. Sadəcə, bilmirəm nə oldu".
- Say üstünülüyündən istifadə edə bilmədiniz. Komandanız tapşırıqlarınızı neçə faiz yerinə yetirdi?
- Faiz dərəcəsilə sıfır. Hansısa futbolçunun oyunu getmirsə, artıq meydançada fərq etmir, 10 nəfərik, yoxsa nə. Öz ab-havasında oynayır. Belə futbolçularımız çox idi.
- Yeni futbolçularınıza nə qədər vaxt lazımdı ki, tam formaya düşsünlər?
- 3-4 tur lazımdı ki, onlar formaya düşsünlər (sport24).
Fanat.Az