"Belə oyun haqda danışmağa çox söz olmur. 3 elə səhv etdik ki... Çalışacağıq ki, oyunumuzudüzəldək".
Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının XVturu çərçivəsində "Səbail”ə öz meydanında 0:3 hesabıyla uduzan "Keşlə”nin çalışdırıcısı Tərlan Əhmədov deyib. Əhmədov yenilgiyə qısa şərh verib və media mənsublarının sullarını cavablandırıb:
- Məğlubiyyətinizdə futbolçu itkilərinin nə dərəcədə rolu oldu?
- Rəqibə qollar hədiyyə etdik. Bu, mənim üçün də gözlənilməz oldu. Slavik Alxasovun və Nikola Mitroviçin olmadığı bilindi. Hazırlıq prosesindəki komandadan bu gün əsər-əlamət yox idi. Futbolda belə şeylər baş verir. İlk oyunda bunun olması daha yaxşıdı. Sonda belə hal bizi daha pis vəziyyətə qoya bilərdi. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq. Oyundan-oyuna komandamızı görəcəksiz.
- Bu gün Kamran Ağayevə nə olmuşdu?
- Komandada yeni oyunçular var idi. Müəyyən həyəcanın olması normaldı. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacağıq.
- "Zirə"nin uduzması sizə psixoloji cəhətdən təsir etdimi?
- Futbolçularıma qadağa qoymuşam ki, heç bir komandanın oyunu ilə maraqlanmasınlar. Bizi yalnız öz matçımız maraqlandırır.