Dino Ndlovunun "Qarabağ"a dönmək ehtimalı olub.
Fanat.Az CAR mediasına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Çinin "Çjetsyan Qrintaun" klubundan ayrılmaq istəyirmiş. Onun bu qərara gəlməsinə səbəb komandanın Çin Super Liqasına vəsiqə qazana bilməməsi olub.
Dino komandadan ayrılaraq, yenidən Avropada oynamaq və avrokuboklarda çıxış etmək üçün "Qarabağ"a dönmək istəyib. Lakin Çin klubunun rəhbərliyi maaşını artıraraq onu komandada saxlamağa razı sala bilib.
Qeyd edək ki, cənubi afrikalı futbolçu 2016-cı ildə Cənubi Kiprin "Anortsis" klubundan "Qarabağ"a keçən Dino Ndlovu ölkəmizdə keçirdiyyi 59 oyunda 24 qol vurub. Ağdam klubu ötən ilin yanvarında onu "Çjetsyan Qrintaun"a 650 min avroya satıb.
Fanat.Az