AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında qurumun bayrağı altında baş tutan yarışlara hüquqi qiymət verilib.
Fanat.Az-ın məlumatına görə, İK növbəti dəfə texniki məğlubiyyət cəzaları verib.
Yüksək Qızlar Liqasında "Veqa” komandası "Keşlə” ilə səfər görüşünə çıxmayıb. Həmçinin U-16 Qızlar Liqasında "Aran” öz meydanındakı 8 №-li İOEUGİM komandası ilə oyunda iştirak etməyib. Bu üzdən həm "Veqa”, həm də "Aran"a 0:3 hesablı texniki məğlubiyyət cəzası verilib.
Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında da eyni hadisə baş verib. Burda isə EKOL-la qarşılaşmaya çıxmayan "Yasamal” MFK 0:5 hesablı texniki məğlubiyyət cəzasına məruz qalıb.
Fanat.Az