Qazaxıstanda qış transfer dönəmində ölkəni tərk edən ən güclü 10 futbolçunun siyahısı dərc edilib.
Fanat.Az-ın məlumatına görə, ölkədən gedən ən yaxşı 10 oyunçudan 4-ü "Astana" ilə vidalaşanlardı.
Onlardan biri müqavilə ilə məxsus olduğu PAOK-a dönən Pedro Enrike, digəri isə 6 aylıq fasildən sonra "Qarabağ"a qayıdan Riçard Almeydadı. Həmkarlarımız Almeydanın yaxşı futbolçu olduğunu, sadəcə "Astana"nın oyun üslubuna uyğunlaşa bilmədiyini bildiriblər: "Almeyda getdikcə özünü yaxşı tərəfdən göstərməyə başladı. Ancaq "Astana" ona görə komanda deyildi. O, daha çox kombinasiyalı futbolu sevir. Bu mənada "Kayrat" və ya "Aktobe"yə daha uyğun gələrdi. Nəticədə Almeyda "Qarabağ"a icarəyə verildi".
Qazaxıstandan "Qarabağ"a üz tutan digər braziliyalı Reynaldo Silva da ilk "10-luğ"a düşüb. Yerli KİV onun keçmiş komandası "Aktobe"yə xeyir verdiyini vurğulayıb: "Ancaq klub onun "Qarabağ"a qayıtmaq istəyinə mane olmadı. Hətta Reynaldo "Qarabağ"da "Aktobe"dəkindən az maaşa oynayacaq".
Fanat.Az