13:21 09.02.2019 1583

"Bir təqdimat verin, Stuxliki şöhrətləndirin"

Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov feysbuk hesabında futbolumuzun gündəminə uyğun yazı paylaşıb. "Neftçi”nin sabiq vitse-prezidentinin yazdığı ilə siz də tanış olun:


Avropa futbolu mədəniyyətdi. Təsadüfi deyil, UEFA ilə yanaşı FİFA da "köhnə qitə"dən dünya futbolunu idarə edir.


Azərbaycan da Avropa futbolunun bir parçasıdı. Futbol səviyyəsinin təmin olunması üçün avropalıların ölkəmizdəki düşüncəsi deyil, özümüzdə Avropa futbol təfəkkürünün olması vacibdi...


Avropa futbolu deyəndə, o demək deyil ki, etalondu. "Eyzel" faciələrindən nəticə çıxara-çıxara bu günlərə gəliblər. İndi də ara-sıra ciddi qalmaqallar yaşanır. "El klassiko"da meydana atılan yad əşyalar, İtaliya-Serbiya görüşündə serb fanatların əcaibliyi, Polşa tribunalarında nasist şuarları, irqi ayrıseçkilik, oyun alqı-satqıları...


15 ildi Azərbaycan futbolu Avropa təcrübəsi məkanına çevrilib, eksperimentlər aparılır. Alman sistemi yararsız çıxdı, xorvat nümunəsi yarımçıq qaldı, indi də növbə serblərindi...


Dərk edilmir ki, yararsız, futbol sisteminin özüdür, bu durumu yaradanlardır...


Son həftələr protokol oyunları atılıb ortaya. Demə Azərbaycan futbolu elementar hakim raportu səviyyəsində də deyilmiş. Bəh-bəhlə yeni protokollar təbliğ edilir, Avropadan gələnlər "əncir yarpağı" futbolumuzu abıra salırlar. Bununla da futbolda olan təsadüflər özlərini, bacarısızlıqlarını bir daha ifşa edirlər.

 

13 il öncə "Sabahın Ulduzları" yarışlarında minimum şəraitlə bu sistem tətbiq edilib. AFFA-dakı maliyyə, iş şəraiti ilə nələr etmək olmazdı...?!

 

Mirabdulla Abbasov ilin futbolçusu seçilir. Heç kimin tanımadığı balaca Miri digər uşaqlarla 2006-cı ildən futbol mədəniyyəti görüb. O vaxtdan "Turun ulduzu", yarışların ən yaxşıları seçilə-seçilə gələcəkləri bilinirdi, təmin edilirdi. Hər həftə himn sədaları altında, milli, klub, "feyr-pley" bayraqları ilə meydanlara çıxılırdı, futbol mədəniyyəti, səviyyəsi göstərilirdi...


O vaxtkı FİFA referilərimiz yaşıl meydanda uşaqlara davranış qaydalarını aşılayır, gənc Əliyar Ağayev də uşaqlarla bir yerdə böyüyürdü, püxtələşirdi. 2006-da "Sabahın Ulduzları" yarışları Avropada seçilərək UEFA-nın xüsusi diplomu ilə təltif edilib...


Nə böyük hadisə baş verib, Stuxlik ölkə futboluna prokokol mədəniyyəti gətirib. Bir təqdimat verin, şöhrətləndirin. Şöhrətləndirin ki, 15 ildi AFFA-da otura-otura elementar futbol mədəniyyəti olmayıb, tədbiq edilməyib, bunları edənlərə şərait yaradılmayıb, min yollarla qarşıları kəsilib. Elə bu gün də "davam edir 37"...


Bu illər ərzində başlar yüz milyonlara qarışıb. Mirabdullalar indi qiymətə minib, o vaxtlardan üzü bu yana axtyamovların, eddilərin milyonları lazım idi... O milyonlar ki, bu illər ərzində düzgün xərclənsəydi, yüzlərlə mirabdullalar üzə çıxardı...İndi də uşaq futbolunda texniki məğlubiyyətlər, səviyyəsiz yarışlarla yanaşı bir-birinə düşmən ölkələrin futbolçularını bir araya gətirib futbol "limandra"sı düzəldilir, milliləşdirilir, futbolun "gələcəyi" düşünülür...


Uşaqlara top çilətdirildiyi vaxtlardan bu günlərə kimi Azərbaycan futboluna bir milyard dollardan çox vəsait yatırılıb. O pullarla ölkə futboluna Avropa yox, kainat mədəniyyətini gətirmək olardı. 100 milyonlar talanandan sonra 8 komandalı "Bakı birinciliyi"nin başı "protokol oyunları" ilə qatılır...


90-cı illərin müharibəsindən, siyasi-iqtisadi xaosundan, dərəbəylikdən, qalmaqallardan, mübarizədən keçib bu günlərə gəlinib. Ona görə gəlinməyib ki, milyardlar fonunda xalqın başı "Baden-badenin mavi gecələri"nin protokolları ilə aldadılsın, müstəqil klublar bayraq, məşqçi oyunları ilə cərimələnsin...


10-15 ildi lippertlərdən tutmuş stuxliklərlə Azərbaycan futbolunun başında dəlləklik edilir. Ən pisi, faciəsi də odur ki, "şüşəbəndin" mərtəbələrindən sürüşdürülənlər gələnlərə tərif yağdırır, uğurlar arzulayır, susurlar. Bununla da öz bacarıqsılıqlarını, qətiyyətsizliklərini göstərmiş olurlar...


Azərbaycan futbolunda sıxma-boğmalar qarşısında tarixi uğurları qazananlar özümüzük, Avropadan gələnlər deyil. Özümüz isə bunları görmürük, görmək istəmirik. Stuxlikin, havadarlarının protokol "mədəniyyəti" tarixi uğurlardan, Milanda, Madriddə göstərilən əsl futbol mədəniyyətindən "üstün" gəlir.


Nə vaxta qədər özümüz özümüzə dəyər verməyəcəyik, "sapı özümüzdən olan baltalar"la Avropa futbol "mədəniyyəti"ni Azərbaycana gətirən stuxliklər futbolun başında hələ çox stullar sındıracaqlar. Görün futbol nə səviyyədə idarə olunur ki, elementar protokollar AFFA-dakılara göz dağı kimi göstərilir.

"Beşmərtəbənin altıncı mərtəbəsi"ndə yeni tarixi futbol "əsər"lərinin yazılmasına hazırlıq görülür...

 

 

Hələ ki, protokollaşdırırlar...

 

 

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X