12:37 17.02.2019 1314

Çempion ömrün 54-cü ili

Artıq neçə ildi ki, fevralın bu günü mənim üçün belə başlayır. Səhər oynanan kimi onu xoş sözlərlə təbrik edir, özümdə mənəvi rahatlıq tapıram. Daha artığına layiq olduğumu bilsəm də, mübaliğəli sözlərə yol verməmək üçün ciddi səylə çalışıram. Bilirəm ki, tərifdən və təriflənməkdən o qədər də xoşhal olmur. Amma neynəmək olar? "Günahkar" mən deyiləm axı...

Taleyin qismətidi. Düz 54 il bundan əvvəl, fevralın 17-də zəhmətkeş Hacıbaba kişinin evində dünyaya göz açan uşağın qismətində böyük zirvələr fəth etmək, adını Azərbaycanın futbol tarixinə "qızıl hərflər"lə yazdırmaq var imiş. Dostu İlham bəylə hər dəfə söhbətləşəndə o günlərdən təzə nəsə danışır. Deyir ki, axşama kimi asfalt üzərində yırtıq-yamaq topun dalıyca qaçırdıq. Axırda yorulub əldən düşərdik, qarnımız acardı. Evə tələsərdik, amma o getməzdi. Təkbaşına həyətdə qalar, divarla futbol oynayardı...

Oynayırdı ki, gələcəkdə böyük futbolçu olsun, Azərbaycanı və azərbaycanlıları dünyaya tanıtdırsın. Əminliklə söyləyirəm ki, BACARDI! "Neftçi"də başına gələnlərdən və gətirilənlərdən sonra sözün bütün mənalarında üzü soyuq olan Rusiyaya yollandı. Sonradan yolu ta İspaniya paytaxtına, Madrid "Real"ına qədər uzana bilərdi. Amma Bakıdakı kimi orda da ayağının altını qazanlar, ona badalaq verənlər olmasaydı. 

Mərdimazarlar hər yerdə var, həmişə var. Amma istedadlı və güclü insanların qarşısında onlar belə çarəsizdilər. Necə ki, Nazim Süleymanov qarşısındakı bütün əngəlləri aşmağı, 90-cı illərin əvvəllərində sadə bir azərbaycanlının fəth edə biləcəyi, çoxlarının indi də həsrətlə baxdığı zirvələri fəth etməyi bacardı.

Mən Nazim Süleymanovun vətəndən kənarda necə sevimləsinə canlı şahid olmuş adamam. İlk dəfə bunu 12 il bundan əvvəl Almatıda görmüşəm. Millimizin məşqçisi kimi Almatıya, Qazaxıstan - Ermənistan oyununu izləməyə gəlmiş Süleymanovu qaldığı oteldə hamı barmaqla göstərirdi, birlikdə etdiyimiz şam yeməyi zamanı telefonu susmur, daim futbol veteranlarının zənglərinə cavab verməli olurdu. Onun Almatıda olduğunu eşidənlər-bilənlər israrla görüşmək, onun qulluğunda durmaq arzularını ifadə edirdilər.

İkinci hadisə isə 4 il bundan əvvəl yaşandı. Dağıstandan ta Şimali Osetiyaya qədər əyləşdiyimiz maşını saxlayan əlisilahlı əsgərlərə Alaniyaya, Nazim Süleymanovun yubileyi şərəfinə keçirilən oyuna yollandığımızı deyən kimi, onlar özlərini yığışdırır, bizi yüksək rütbəli generallar sayağı yola salırdılar. Şimali Osetiya paytaxtında gördüklərimiz isə bir başqa aləm idi. Həmkarlarım Əli Sahib, Natiq Muxtarlı və İlkin Xəlilovla birlikdə Nazim Süleymanovun sayəsində azərbaycanlı olmağımızla fəxr edirdik, sevinirdik ki, bizim belə bir həmyerlimiz var.

Bu gün Nazim Süleymanovun doğum günüdü. Mən ona öz təbriklərimi səhər çatdırmışam. İcazənizlə bu yazımda siz dəyərli oxucularımızın arzularını ifadə edim. Bütün Azərbaycanın fəxri olan Nazimə ən xoş arzularınızı, can sağlığı diləklərinizi, ondan futbol meydanlarında məşqçi kimi də böyük uğurlar gözlədiyinizi çatdırmaq missiyasını üzərimə götürürəm. 

Çox yaşa, çempion Nazim Süleymanov. Böyük adam, böyük futbolçu!

Amal Abuşov
Sport7.az Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X