"İlk yarıda əldə etdiyimiz imkanlardan yararlana bilmədik. Bu da hücumçu problemiylə əlaqədardı. Qol vəziyyəti yarada bilmədik. Heyətlə bağlı, konkret hücumçu problemimiz var. Hücumda Cavid İmamverdiyevi oynadırdıq, amma ona top çatmırdı".
Fanat.Az xəbər verir ki, bu sözləri Premyer Liqanın XVII turu çərçivəsində "Bayıl Arena”da "Səbail”ə 0:1 hesabı ilə məğlub olan "Sabah”ın baş məşqçisi Elşad Əhmədov deyib.
48 mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb: "Fasilədən sonra rəqib ilk 15 dəqiqədə müdafiədə boşluqlar tapa bildi. İkinci hissədə qol imkanı yarada bilmədik. "Səbail”in qapısı qarşısında fasilədən sonra imkan yarada bilmədik. Təmkin Xəlilzadə "Zirə” ilə matçda daha yaxşı oynamışdı. Çoşqun Diniyev isə çalışır, amma hələ ki, həmin Coşqun deyil. Marko Deviçin yoxluğu hiss olundu".
Baş məşqçi hücumçu transfer etmək istədiklərini qeyd edib: "Hazırda bir-iki hücumçu ilə danışıq gedir. Azad agent statusunda olan futbolçulardı, alınsa, transfer edəcəyik”.
Fanat.Az