"Futbolçularımı təbrik edirəm. İki fərqli hissə izlədik. İlk 10 dəqiqəni yaxşı keçirdik. Sonra boşluqlar verməyə başladıq, amma rəqib istifadə edə bilmədi".
Fanat.Az xəbər verir ki, bu sözləri Premyer Liqanın XVII turu çərçivəsində "Bayıl Arena”da "Sabah"ı 1:0 hesabı ilə məğlub edən "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Fasilədə müəyyən tapşırıqlarımızı qeyd etdik, oyunçular boşluqları aradan qaldırdı. Rəqib turnir cədvəlində yaxın idi. Ona görə vacib qarşılaşma hesab olunurdu. Onların da təhlükəli epizpdları bundan qaynaqlanırdı. Fəhmin hücum etməyi xoşlayır. Jarjue də hücuma çox aludə olurdu. Nəticədə həmin cinahda boşluqlar yaranırdı. Onlara diqqətli olmağı tapşırdıq".
Hacıyev görüş zamanı yaşanan insidentə də münasibət bildirib: "Futbolda müəyyən epizodlar olur. Əlbəttə, söyüş söymək yolverilməzdi. Tribunalara toplaşan insanlara hörmətlə yanaşmaq lazımdı. Şəhriyar Rəhimovla Təmkin Xəlilzadə ilk dəqiqələrdən baş-başa gəldi. Belə məqamda diqqətli olmaq lazımdı. İradlarımızı futbolçulara bildirdik. Mentalitetimiz buna imkan vermir".
Fanat.Az