08:47 25.02.2019 1157

"Səbail"in qapıçısı: "Mənə tüpürdülər, təhqir etdilər"

"Qalib gəldiyimiz üçün hamımız razıyıq. Ağır oyun oldu. Başa düşürdük ki, rəqib matçın favoriti idi. Ancaq favorit görüşdən əvvəl olur. Hamı meydana girəndə hesab 0:0, şərtlər də eyni olur. Bu gün yaxşı müdafiə olunduq, oyunumuzu əks-hücumlardan quraraq qələbə qazandıq".

 

 

 

Fanat.Az-ın məlumatına görə, bunu "Səbail"in qapıçısı Aleksandr Rıbka Premyer Liqanın XVIII turunda "Neftçi" üzərində qazanılan qələbəni (2:1) dəyərləndirərkən deyib. Media mənsubları önünə çıxan ukraynalı qolkiper jurnalistlərin suallarını cavablandırıb.


 

- Matçdan əvvəl də qələbə qazanacağınızı düşünürdünüz?

- Bir daha təkrar edirəm, oyun başlayanda hesab 0:0 olur və ondan sonra hər şey gözləmək olar. Ukraynada kiçik komandada oynadığım zaman iki dəfə "Şaxtyor"a qalib gəlmişik. Həmçinin "Dinamo" ilə bir dəfə heç-heçə edib, bir dəfə də qələbə qazanmışıq. Bizim kimi kiçik komandalar inkişaf edir. Bu cür xallar bizim üçün çox dəyərlidi.


 

- Oyundan sonra "Neftçi" azarkeşləri ilə aranızda problemin yaranmışdı...

- Onlar mənə tüpürdülər, təhqir etdilər. Mənim heç bir problemim yoxdu.


 

- Onlara əllə hesabı göstərirdiniz?

- Xeyr, belə bir şey etmədim.


 

- "Səbail" hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Avrokuboklara vəsiqə qazana biləcəksinizmi?

- Bizim öz hədəflərimiz var. Gəlin, xalları mövsümün sonunda hesablayaq. Biz hər zaman qarşıdakı oyuna hazırlaşırıq. Hər şey mövsümün sonunda bilinəcək. Məqsədimiz hər oyunda müsbət nəticə əldə etməkdi. Növbəti matçda da qələbə qazanmağa çalışacağıq.


 

- Ukrayna yığmasında Kiyev "Dinamo"sunda oynamısınız. Təcrübəli futbolçu kimi, Azərbaycan çempionatında özünüzü necə hiss edirsiniz?

- Bura öyrəşməyə çox vaxt lazım olmadı. Bəlkə də, bu, təcrübəmdən qaynaqlanır. Yaxşı çempionatdı. Açığı, bura gələnə qədər Azərbaycan çempionatını izləmirdim. Amma bura gəldiyim üçün şadam.


 

- Oyunlara çox az azarkeşin gəlməsi sizi həvəsdən salmır?

- Nə deyəcəyimi bilmirəm. Çox istərdim ki, oyunlarda stadionun heç olmasa, yarısı dolsun. Amma bu, bizdən asılı deyil. Əgər insanlar futbolu sevirlərsə, gəlirlər, onlara maraqlı deyilsə... Bizim işimiz meydana çıxıb yaxşı nəticə qazanmaqdı.


 

- "Neftçi" ilə "Qarabağ" arasında çempionluq mübarizəsi gedir. Hansı komandanı şanslı sayırsınız?

- "Neftçi"də dostum Kiril Petrov çıxış edir. Bu üzdən "Neftçi"nin çempion olmasını istərdim.

 

 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
23:55

"Qalatasaray" belçikalı qapıçını istəyir

23:25

"Arsenal" heyətini gücləndirib

22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

Facebookdan bizi izləməyi unutmayın.
X