11:11 25.02.2019 1237

Bordinin güc göstəricisi: yumruq...

Region Liqasında, aşağı yaş qruplarında baş məşqçilərin hakimi söyməsi, dava-dalaşa görə cəzalandırılması adi hal alıb. Dünənki "Neftçi" - "Səbail" haqq-hesabından sonra isə onları qınamaqdan vaz keçdim.

Bu ölkədə A kateqoriyalı məşqçi, İtaliya kimi ölkədən gələn mütəxəssis "razborka" çürüdürsə, daha uşaq komandalarının məşqçilərində nə günah görək? Təəssüf ki, bizdə çox vaxt oyun zamanı baş verən hansısa olay meydandakı mübarizəni, nəticəni kölgədə qoyur. Dünənki "Neftçi" - "Səbail" matçı sıradan deyil, turun mərkəzi oyunu idi. Biri çempionluğa iddia edir, digəri isə bürünc medala. Belə bir məqamda başqa sözə ehtiyac da yoxdu.

Amma oyun zamanı əlbəyaxa olmamaq üçün özlərini güclə saxlayan Aftandil Hacıyevlə Roberto Bordin mətbuat konfransında bir-birinin arxasınca deyindi.

Hacıyevi hələ futbolçu vaxtından çox yaxşı tanıyıram. Həmişə sakitliyi, tərbiyəsi ilə komanda yoldaşlarına nümunə olub. Məşqçiliyə başlayandan sonra da xarakterində bir dəyişiklik olmadı. Qalmaqaldan uzaq, başını aşağı salıb öz işi ilə məşğul olan insandı. Mətbuat konfransında dediyinə görə, "Neftçi"nin futbolçusu onlar tərəfə tüpürüb. Hansısa qayda pozuntusu zamanı məşqçinin etiraz etməsi normal haldı. Bunu Zidan da edir, Qvardiola da, digərləri də. Ancaq rəqib futbolçunun buna qarşılıq olaraq tüpürməsi qəbuledilməzdi.

Bordin isə həmkarından fərqli, qan-qan deyirdi. Hətta mətbuat konfransında Aftandil Hacıyevi oyundan sonra "razborka"ya dəvət etdiyini də gizlətmədi. Bu azmış kimi, həmkarını qorxub qaçmaqda günahlandırdı.

Yerli mütəxəssisin üstündən "malalayaraq" keçdiyi olayı ölkəmizdə qonaq olan birinin böyütməsi, küçə davasına qədər aparmasına bir anlam verə bilmirəm. Liviyada italyan ailəsində anadan olan Bordin bəlkə ölkəsindəki mafiya qruplaşmalarına güvənir, deyə bilmərəm. Ümumiyyətlə, gördüyü işdən çox hərəkətləri ilə diqqət çəkən mütəxəssis qısa müddətdə Azərbaycanda mübahisə etmədiyi həmkar qoymadı. Hətta bilməyərəkdən də olsa, köməkçisini nokauta da salıb.

Rəhbərlik, Müşahidə Şurası - "Neftçi"yə ağalıq edən hər kimsə bu insana klubun ağırlığını, tarixini tam başa sala bilməyib. Futbol məşqçisi güc göstəricisini dillə, yumruqla deyil, qurduğu taktika ilə, qələbələrlə etməlidi. Yox, əgər Bordin bura döyüş sənətinin incəliklərini göstərməyə gəlibsə, o zaman Zabit Səmədova müraciət etsin.

Mənbə: matc.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2025
00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 İyun 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

22:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

11:15

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 İyun 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

19:14

"Roma" Qasperiniyə tapşırıldı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X