Topaz Premyer Liqanın növbəti turunda "Zirə"nin qonağı olacaq "Qəbələ" bu gün yoxlama görüşü keçirib.
Fanat.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüşdə rəqib Region Liqasında çıxış edən "Bakı" klubu olub.
Görüş "Bakı"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Eltun Hüseynov və Murad Səttarlı vurub.
Fanat.Az