13:09 28.02.2019 1288

Gələn mövsüm Premyer Liqada iştirak üçün AFFA-ya cəmi 9 klub sənəd verib

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək istəyən 9 klub kadr-inzibati, idman, hüquq və infrastruktur meyarları üzrə tələb olunan sənədləri AFFA-ya təqdim edib.

Bu barədə "Report”a AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, klublardan 8-i Premyer Liqa, 1-i isə I divizion təmsilçisidi: "Lisenziyalaşdırma dövrü açıq elan olunandan sonra elita ilə yanaşı, bütün I divizion klubları Premyer Liqa üçün ərizə vermişdilər. Lakin real olaraq sənədləri təqdim etməyə başlayan, mütəmadi əlaqə saxlayan hələlik 1 klubdu. Ötən il də belə hal olmuşdu. Öncədən müraciət gəlsə də, sonradan mövsüm boyu real sənəd təqdim edənlərin sayı çox az oldu. Hazırda lisenziyalaşdırma prosesi davam edir. Kadr-inzibati, idman, infrastruktur və hüquq meyarları üçün sənəd qəbulunun müddəti başa çatıb. Hüquq meyarında bank zəmanəti və maliyyə meyarı ilə bağlı sənəd qəbulu üçün son tarix 31 martdır. Bu iki meyarda hər hansı sənədin çatışmazlığı aşkar olunarsa, kluba aprelin 10-dək vaxt verilə bilər. Artıq bir neçə klubla danışıq olub, yaxın günlərdə bank zəmanət məktubunu təqdim edəcəklər. Bu baxımdan digər klublarla bağlı problemin olacağını düşünmürəm”.

S.Hacıyev deyib ki, bundan sonra I divizion klublarından hansınınsa sənədləri təqdim etməsi real görünmür: "Təcrübəyə əsasən deyə bilərəm ki, bu tarixlərdən sonra I divizion klubunun sənədlərini düzgün şəkildə təqdim etməsi real deyil. Belə hal baş versə və sonda bu, elitaya gedəcək yeganə klub olsa, o halda məsələyə Lisenziyalaşdırma Komissiyasında və İcraiyyə Komitəsində baxıla bilər. Amma bununla bağlı bir söz demək çox çətindi. Çünki son tarixlər var. Futbolun inkişafı üçün hər hansı pozitiv məqam olduğu təqdirdə, məsələyə bəlkə hansısa istisna hal kimi baxıla bilər".

Qeyd edək ki, hazırda I divizionda 14 komanda çıxış edir. Onların yarısı Premyer Liqa təmsilçilərinin əvəzedici komandalarıdı.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:40

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X