"Neftçi" iki futbolçusunun xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, Premyer Liqanın XIX turunun "Sabah"la oyununda komandanın iki üzvü cəzalı duruma düşüb.
Qarşılaşmanın 75-84-cü dəqiqələrində qeyri-idman hərəkətinə görə "sarı" alaraq meydandan qovulan Məhəmməd Mirzəbəyovdan başqa Soni Mustivar da limiti doldurub. Matçın 81-ci dəqiqəsində oyunun bərpasını ləngitdiyinə cəzalanan haitili futbolçu mövsüm ərzində 4-cü sarı vərəqəsini alıb. Bu səbəbdən hər iki futbolçu XX turun "Sumqayıt"la oyununu buraxacaq.
Qeyd edək ki, "Neftçi" "Sabah"a 3:0 hesabı qalib gəlib.
Fanat.Az