I Divizionda XVIII tur başa çatıb.
Fanat.Az-ın məlumatına görə, turun son oyun günündə 3 duel reallaşıb.
"Keşlə"nin ikinci komandası səfərdə "Ağsu"nu darmadağın edib. Autsayder "Zirə-2" evdə "Zaqatala"ya uduzubsa, "Turan Tovuz" "Qaradağ Lökbatan"ı minimal hesabla yenib.
I divizion
XVIII tur
"Ağsu" - "Keşlə-2" - 0:5
Oleq Hüseynov, 12; Elmir Rəhimzadə, 30; Qədir Bayramlı, 61; Salman Cəfərov, 66; Ali Alizade, 72
"Zirə-2" - "Zaqatala" - 0:2
Cavad Kazımov, 28; Sərxan Abdullayev, 75
"Turan Tovuz" - "Qaradağ Lökbatan" - 1:0
Coşqun Süleymanov, 10
Fanat.Az