"Maraqlı oyun oldu. Hər iki komandanın ifasında qarşılıqlı hücumlar oldu".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XX turunda evdə "Sabah"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Komanda səhv etmədən qalib gəldi. Hücum futbolu oynayaraq, müdafiədə səhv etmədik. Bu da məni sevindirdi. Conatan Ayitenin öz oyununu tapmasına sevindim. Amil Yunanov cəzalı, Klennon zədəlidi. Həmçinin Sərtan Taşqın ola bilsin ki, gələn oyuna yetişməsin. Buna baxmayaraq, komanda əzmkar futbol sərgilədi".
Əhmədov rəqibi düzgün təhlil etmələrinin qələbədə öz sözünü dediyini söyləyib: "Hər bir komanda rəqibi təhlil edir. Mən öz komandamın oyununa daha çox üstünlük verirəm. Futbolçulara deyirəm ki, uduzsanız belə, oyununuzdan zövq alın. Bu gün istədiyim futbolun 60-70 faizini meydanda gördüm".
Fanat.Az