"Hər iki komanda bir hissə daha yaxşı oynadı və hər iki komanda 1 xala layiq idi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XX turunda "Zirə" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.
Mütəxəssis oyunla bağlı fikirlərini bildirib: "Xallarımızın üzərinə biri də əlavə edildi. "Zirə” son 3 matçda tam fərqli oynayır. Hər iki komanda üçün çətin anlar oldu. Bəzən düşündüyün hücumların 5-6-nı reallaşdıranda sevinirsən. Sadəcə, bu gün qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha yaxşı olacaq".
Baş məşqçi Mahir Mədətovun hücumdan daha çox müdafiədə görünməsi fikri ilə razılaşmayıb: "Mən bunu görmədim (gülür). Mahir Mədətov ilk hissədə sol cinah yarımmüdafiəsi kimi oynadı, ikinci hissədə hücumda oldu. Ola bilər ki, bəzən arxa xəttə köməklik göstərsin".
Qış fasiləsindən sonra "Qarabağ" keçirdiyi oyunların yarısında xal itirib. Qurbanov buna görə narahat olduğunu deyib: "Narahatlıq həmişə olur. Hətta qalib gəldiyimiz matçlarda belə. Xal itkiləri təkcə yanvardan sonra yox, dekabra kimi də var idi. Çempionluq üçün gərək daha çox xal toplayansan, daha yaxşı çıxış edəsən. Mövsümboyu bütün oyunlar çətin keçir. Digər illəri nəzərə alanda az xalla da çampion olmaq mümkündü".
Baş məşqçi 90-cu dəqiqədə Rəşad Sadıqov ehtiyat hakimə etiraz etmədiyini bildirib: "Ola bilər 2 dəqiqə artırdığına görə nəsə deyib. Etiraz yox idi, bunu görmədim. Ola bilər daha çox vaxt əlavə olunmaqla bağlı fikir bildirib".
Fanat.Az