14:47 11.03.2019 2699

Sürünmək üçün doğulanlar (hakimə namə)

 

Təkrarçılıq olsa da, təklif edirəm, yaxın keçmişə nəzər salaq:

 

Elə dövrlər idi ki, sözün bütün mənalarında istifadə müddəti bitmiş hakimlər, gənc davamçılarını qısqanır, səhvlərinə sevinirdilər. Hətta kobud, bağışlanmaz səhvlər adı altında mətbuata xımır-xımır məlumat da ötürürdülər. Amma və lakin... İdman mediası kimin kim olduğunu yaxşı bilirdi. İstifadəyə yararsız hakimlər futbolumuzdan uzaqlaşdırıldı. Buna görə də gənc hakimlərə sayt, qəzet və televiziyalarda şans verildi. Səhvlərinin səhv olduğuna, qərəz olmadığına inandıq. Nəticəsi isə göz qabağındadı: əlyarlar, rəhimlər...

 

İndi nə baş verir?


İndi isə baş verən heç nə yoxdu, biabırçılıqdan başqa. Əvvəllər oyunlar yükünə görə bölünürdü. Daha təcrübəli hakimlərin təyinatı ağır oyunlara verilirdi. Deyə bilərsiz ki, gənclər hansı oyunlarda yetişməlidi? Təcrübə, cənablar, təcrübə! Minimum iki-üç il Premyer Liqa təcrübəsi olan və özünü doğruldan hakimlər təyinat almalıdı yüklü oyunlara. Biz belə gördük həmişə. Kiminsə atası keçmiş hakimdi deyə, gəncləri belə "yandırmaq” olmaz. İndidən ona "qərəzli, sifarişli oyun idarə edir” damğasını vurmaq olmaz! Bəlkə bizim görmədiyimiz, Ştuxlikin "kruqu”nun gördüyü hansısa istedadlı gənclər var, amma belə də xərcləmək olmaz onları.


XX turun "Sumqayıt”-"Neftçi” qarşılaşması hər iki komanda üçün əhəmiyyətli oyun idi. Lider, autsayder deyib keçməyin. Oyunun gərginliyini də buna sübut saymağa haqqımız çatır. Fəqət Rəşad Əhmədov bu yükü çəkəcək gücdə deyildi. Sözügedən qarşılaşmanın yükünü anlamamaq, Elxan Məmmədovun təbirincə desək, futboldan xəbəri olmamaqdı. Nəyinsə mübahisəsini etmək, detallara varmaq fikrində deyiləm. Qırmızı vərəqə var idimi? Vardı! Nə bilim, "filan kart haqlı idi” və buna bənzər mübahisələri kənara qoyaq. "Sumqayıt”-"Neftçi” oyununda hakimlik bərbad idi, məsələ budu. Ən əsası da qərəzin, sifarişin olub-olmamasıdı. Hər iki tərəf hakimin ədalətsizliyindən əziyyət çəkdi.

 

Buyurun buna cavab verin, Ştuxlik və dəstəsi. Məqsəd nə idi?


Hakimbaşının ya da Elxan Məmmədovun qazı ilə cuşa gələnlər, papkalı müəllimlər, izah edin, araşdırın dünənki komediyanı. İnandırın ki, heç bir sifariş, qərəz olmayıb. İnandıra bilməzsiniz! Heç araşdıra da bilməzsiniz! Cəzalandırın desəm, onu da edə bilməzsiniz! Niyə cazalandıra bilməcəyinizi də deyəcəm.

Çünki özünüz ədaləti bərqərar edə bilmədiyiniz üçün hakimlikdən uzaqlaşdırılmış və komandalara qarşı kin saxlayan sabiqlərsiz. "Filan komandaya göstərəcəm” deyib hər tur işə tələsən adamlarsız. Niyə sizə inansınlar ki? Səbəbini də deyirəm...


Biriniz...


...yaxın keçmişdə "Neftçi” üçün cərimə meydançasının çölündə baş verən qayda pozuntusuna, əlini penalti nöqtəsinə qətiyyətlə işarə verəndi. Şirvan tərəfdən belə baxsan, o qərarın səhv olduğunu görmək olardı. Oyunsonrası əlinin cibinə necə qayıtdığından xəbərdardı ictimaiyyət. Onu da bilirik ki, məhz həmin oyuna görə hakimlikdən uzaqlaşdırılıb. İndi isə bəh-bəhlə televiziyalarda hakim ədalətinə qiymət verən olub, ekspert olub. Hələ üstəlik fəxri ad da alıb.


Bir misal çəkim. Kamança ifaçısı mərhum Habil Əliyevə bayağı müğənnilərdən biri sevincək yaxınlaşıb deyir ki, "Habil müəəllim məni təbrik edin! Fəxri ad verdilər mənə”. Ustad sənətkar cavabında "Onlar verdi, bəs sənin abrına nə gəlmişdi ki, alırdın” deyib.

 

Bax, sənin verdiyin şərhə, rəyə niyə inanaq? Mən sənin yerində olsaydım (müəllif əli ilə qulağını çəkib "kiş-kişlər olsun” deyir) inanardın mənə?

 

O biriniz ...


... Onu aləm tanıyır. Bütün çirkli əməllərdən istifadə edib amma sübut olunmayıb. Özünü hüquqşunas, "bıvşıy KQB-şnik”, nə bilim, nə qədər insanları hədələmək üçün orqan varsa, hamısının əməkdaşı kimi təqdim edir. Hətta bu yaxınlara qədər ortalarda olmaması Premyer Liqa oyunlarından kənarlaşdırılması ilə əlaqədar idi. Di gəl sübut etmək olmur ki, olmur. Onu gərək Ramin Musayev təsdiq edə. Musayev də çəkilib kabinetinə həqiqət haqqında danışmır.


Digəriniz...


... Digərinizin adını futboldan AFFA prezidenti Rövnəq Abdullayev silmişdi. Nə sirri-xudadırsa stadionlarda görünməyə başlayıb. Hakimlərin idarəetməsi ilə bağlı irad və təkliflərini verir. Hətta buna görə qonorar aldığı da iddia olunur. O hakim ki, "Qarabağ”a qanunsuz təklifdə bulunduğu üçün ömürlük də deməsək, AFFA prezidenti Rövnəq Abdullayevin başqan olduğu müddətə qovulmuşdu. Amma qərarısaya salan olmayıb. Əvvəllər onunla hakimlər aşkarda görüşməyə də çəkinirdilər. Deyilənə görə bu hakim klublarla şifrəli yazışma ilə çalışırmış. Məsələn, "filan ton pesok bu məsələni şirinçaya bağlaya bilər”.

Hə, qayıdaq əsas məsələyə.


İçində "Neftçi” "sevdası” olduğu üçün topu Şirvandan götürüb, cərimə meydançasının içinə qoyan hakimin komitədə nə oyunlardan çıxdığına şübhəm yoxdu. İctimaiyyəti inandıra bilərmi ki, Rəşad Əhmədova "Neftçi” sevdası ötürməyib?


Hələ "Qarabağa” görə öz dili ilə desək "çörəyindən olmuş”, yuxarıda qeyd etdiyim kimi, müəllimlərə qoşulan sabiq, istəməzdimi ki, "Qarabağ” turnir cədvəlinin ilk pilləsində olmasın ,"Neftçi” qalib olsun? Əlbətdə istəyir, qisas hissi ilə alışıb yanır. Rövşən Əhmədovla uzun illər çiyin-çiyinə çalışan sabiq referi, onun oğluna "əminin balası, xxxxxxx” şifrəsi ilə nəsəçatdırmamasına necə inanım?


Qeyd edim ki, Rəşad Əhmədov keçmiş hakim Rövşən Əhmədovun oğludu.


Rövşən müəllimin də "Neftçi” ilə bağlı xatirələri var.

 

Zaqatala təmsilçisi "Simurq”un yaxşı vaxtları idi. Ordan xalla dönmək bütün komandalr üçün çətin idi. İnqilab dayının "ordusunun” oyuna bir başqa təsiri vardı. "Neftçi”yə isə mütləq xal lazım idi. Əlavə olunmuş sonuncu dəqiqənin sonuncu saniyəsində"Neftçi”nin lehinə, künc bayrağına yaxın, aut verdi Rövşən müəllim. Halbuki, top açıq-aşkar ağ-qaralardan tərk etmişdi meydanı. Autdan topu birbaşa cərimə meydaçasına, ordan da qapıya göndərən "Neftçi” sevinən tərəf oldu. Rövşən müəllim xatırlayar, o vaxt "90 dəqiqəni qusduran hakim” yazısı da həsr etmişdim ona.


Bəli, "Neftçi”nin əleyhinə olan hakim səhvlərini qələbə unutdurdu. Unutdurmasa belə, o etirazı edə biləcək biri yoxdu klubda. Heç "Sumqayıt”da da yoxdu!

Bəs bu komandaların azarkeşlərinin nə günahı var? Niyə qaçaq salırsınız insanları futboldan?


Batdığınız bataqlıqda daha bir gənc batır, fərqindəsiniz?Məhz komitədə siz varsız deyə hakimlərin ədaləti şübhə altına düşüb. Elə dünənki oyun kimi – qərəzli və sifarişli.


Bəlkə siz də yaxşı hakim idiniz, irəli gedib, yüksəklərə qalxa bilərdiniz. Amma insanı məhv edən xəstə düşüncədi ki, gənc hakimlərimizin də buna yoluxma təhlükəsi var.


Onlara heyfiniz gəlsin, siz onsuz da düzəlməyəcəksiniz.


Sürünmək üçün doğulanlar uça bilməz!

 

Əli Sahib

Fanat.Az


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X