14:04 18.03.2019 1616

Hirs yumağı (Abbasovnamə)

Bütün matçlar eyni günə salınmışdı. "Əlincə Arena”da 3-4 jurnalistin matçı canlı izləməsi təbii hal idi. Yekunda hərəyə 1 xal qazanan tərəflərin mübarizəsi öncədən böyük gərginlik vəd etsə də, media mənsublarının çoxunun digər matçlara üstünlük verməsi başadüşülən idi...


... Marko Deviç simulyasiyaya görə sarı vərəqə alandan sonra referidən əl çəkmədi, növbəti "sarı”nı alıb debütantı yenə çətin vəziyyətə saldı, həmin epizoda qədər yetirmələrinə göstərişlər verən Elşad Əhmədov sakitləşdi... Bu mövsüm varlığıyla yoxluğu bilinməyən Elvin Məmmədovun baxımlı qolunun ardından şübhəsiz, Əhmədovun ruhundakı ümid işartıları bir qədər də öləzidi...


Fasilədən sonra isə meydanda azlıqda qalan komandanın hansı olduğunu müəyyənləşdirmək olmurdu. "Sabah” "kimyaçılar”a çətin anlar yaşadır, Cavid İmamverdiyev "10 nömrə” işini məharətlə görürdü. Böyük boşluqlar fonunda ikinci zonada at oynadan meydan sahibləri Rəşad Eybovla bərabərlik qolunu vurmasaydı, "Sumqayıt” haqq etmədiyi zəfərə qovuşacaqdı. Bu dəfə idman tanrısı ədalətsizliyə göz yummadı – 1:1.


Gərgin duelin əsas qəhramanı isə meydanda deyildi. Ötən tur texniki zonadan qovulan Ayxan Abbasov köməkçisinin başının üstündə tribunalara toplaşanlara emosianal tamaşa göstərirdi.


14-cü dəqiqədə Əli Babayevin aldığı xəbərdarlığa "Orxan, 10-cu dəqiqədi, paylayırsan” qışqırtısıyla reaksiya verən Abbasov başladı... Nəfəsi kəsilənə qədər qışqırmasını, ara-sıra işlətdiyi küçə söyüşlərini həm azsaylı jurnalistlər, həm də 5-10 addımlığında bir araya gəlmiş fanatlar eşidirdi. Futbolçuların xanımları Azərbaycan türkcəsində yəqin ki, heç nə başa düşmürdülər. "Hirs yumağı”nın media mənsubları üçün ayrılmış sektorun lap yaxınlığında sərgilədiyi aqressiv davranışla hamıya mane olmasını belə cinayət saymağa dəyməz. Baş məşqçidi də, emnosialarını cilovlaya bilmirdi.

 

 

Final fitində qarşısındakı dəmir dirəyə ilişdirdiyi təpikdən polis serjantı səksəndi... Paltardəyişmə otağından gələn səslər konfrans zalında aydın eşidilir, içəridəkilərə ironik təbəssüb bəxş edirdi. Yenə bağırtılar, yenə küçə söyüşləri, ittihamlar, hədələr... Nəhayət, bəstəboy adam kandarda göründü, ətrfdakılara məhəl qoymadan dişləriylə dilinin arasında qalan növbəti "ikimərtəbəli söyüş”ə azadlıq verdi...


Yox, köməkçisinin konfrans zalındakı məyus çöhrəsindən danışmayacam. Mənə maraqlı olan 3-cü dövrədə qələbə üzü görməyən "Sumqayıt”ın ümumi durumudu. Gəldiyim qənaəti sizlərlə paylaşacam:


1.Riad Rəfiyev klub prezidenti olmağa layiq deyil. AFFA-nın baş katibi Elxan Məmmədovun Kamran Quliyevin məlum xəyanətindən sonra "Sumqayıt”a yolladığı Rəfiyevdə başqan xarizmasının olmaması ümumi intizamsızlığın əsas səbəbidi. Hələ "Keşlə”yə rəqib meydanında 1:2 hesabıyla yenildikləri matçda özündən çıxan Abbasovu yalvarışlarla sakitləşdirməyə çalışan Rəfiyev subordinasiya adlı ana anlayışı özü də tərk etmir.


2.Ayxan bəy ya ona mane olan xarakterini "rəndələməyi” öyrənməli, ya da məşqçilik karyerasına son qoymalıdı. Psixoloqa müraciət etməsi də vacibdi. Futbol bir yana, cavan yaşda səhhətində ciddi problem yarana bilər.


3."Sumqayıt”da ən yaxın gələcəkdə futbolçulardan kiminsə Ayxan bəyə fiziki təzyiq göstərdiyini eşitsək, şəxsən təəccüblənmərəm. Peşəkarlıq bəlli məsələdi, ancaq təhqirin cavabının gec-tez ağır şəkildə gələcəyi şübhə doğurmur.


4.Heyət o qədər də bərbad deyil. Qeyri-sabit çıxış isə daha çox psixoloji məsələdi. Oyunçuların üzərindəki təzyiqi ilk növbədə baş məşqçi yaradır. Onun komandada qalmasını istəməyənlərin sayı istəyənlərin sayından 2 dəfə çoxdu. 


NİHAT

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

Facebookdan bizi izləməyi unutmayın.
X