"Səbail” yeni transferi Maykl Esyeni Peşəkar Futbol Liqasına sifariş edib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində 6 nömrəli formada çıxış edəcək.
Təcrübəli futbolçu qarşıdakı oyunlarda "Səbail”ə kömək edə bilər
Qeyd edək ki, "Çelsi”, "Real”, "Milan” kimi klublarda çıxış etmiş futbolçu "Səbail”lə 2020-ci ilin yayına qədər müqavilə imzalayıb.
Fanat.Az