16:25 01.04.2019 1558

Elnur Camalxanov yazır: “Son oyunda yaşanan biabırçılıq..."

Tanınmış jurnalist, bir müddət "Kəpəz”in icraçı direktoru kimi çalışan Elnur Camalxanov millinin sabiq inzibatçısı İslam Abbasov barədə fikirlərini bölüşüb. Sosial şəbəkədəki profilindən ürəyini boşaldan Camalxanov İslam Abbasova qarşı haqsızlıq edildiyini düşünür.

Geniş publika üçün maraqlı olacağını nəzərə alaraq, həmin statusu sizə təqdim edirik:
 
"Bu dəfə idmandan yazacam. Ozü də futboldan. Gülməli də olsa... Daha doğrusu, futbolla əlaqəli bir şəxsdən.

Bu nə müdafiə xarakteri daşıyır, nə də hücum. Heç vəkillik etmək fikrim yoxdur. Haqqında yazacağım şəxs nə qohumum deyil, nə də uzun illərin dostu, yoldaşı. Cəmi bir ildir tanıyıram. Bəlkə də bir az artıq. Ümumiyyətlə, futbolla ilgili şəxslərin bir çoxu ilə şəxsi tanışlığım elə bu müddətdə baş verib. "Kəpəz” Futbol Klubuna icraçı direktor təyin olunduqdan sonra. O cümlədən də vaxtilə milli komandanın Baş inzibatçısı və mənimlə eyni vaxtda "Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri işləmiş İslam Abbasovla. Nə tərif edəcəm nə də pisləyəcəm. Tam səmimi düşüncələrimi yazacam.

Bəlkə də soruşacaqsız - NİYƏ? Səbəbini deyim... Son dövrlər bəzi mətbu orqanlarda bu şəxs haqqında neqativ yazıların şahidi oldum. Yazanlar isə həyatda bircə dəfə də olsun Abbasovla üz-üzə gəlməyib, onunla təmasda olmayan, elə tanımadıqlarına görə də mövzularında haqsızlıqlara yol verən jurnalist dostlarımızdır. Bir növ onları qınamıram. Çünki məlumatsızlıq onları "eşitdiyimizə görə”, "deyilənlərə görə”, "etibarlı mənbələrə görə” kimi ümumiləşdirlmiş, qeyri-peşəkar istinadlara söykənməyə məcbur edir. Hansı ki, peşəkar jurnalist belə istinadlardan kənar durmalıdır. Durmadıqda isə kiminsə haqqının tapdandığının fərqində olmurlar.

Haqsızlıq edənlə onu görüb göz yuman da eyni günahın sahibi olduğunu hamınız yaxşı bilirsiz. Düzü, bu prinsipin ozünü qorumaq da hədsiz çətin bir məsələdir. Bəlkə də mənim də göz yumduğum məsələlər olub, unutmuşam. İndi isə nə qədər ki, unutmamışam, bir-iki qeydlərimi çatdırım. Heç bir şişirtmə olmadan. Onunla tanışlığımız AFFA-dan başladı. İlk söhbətimiz də çox yaxşı alındı. Qısa vaxtda yol yoldaşı olduq. Və bu yoldaşlıq peşəkar fəaliyyətimizlə əlaqədar daha da intensivləşməyə başladı. Bu müddət ərzində onun işinə nə qədər peşəkar və məsuliyyətlə yanaşan bir mütəxəssis olduğunu gördüm. Düşüncə tərzi, intellekti, qayğıkeşliyi, təəssübkeşliyi və ciddiliyi diqqətimdən yayınmadı. Hətta dəfələrlə olub ki, dost-tanış, o zamankı rəhbərim və keçmiş jurnalist həmkarlarım arasında da belə bir fikir səsləndirmişəm: AFFA da İslam qədər işinə peşəkar, məsuliyyətli və ürəkdən yanaşan (bir-iki nəfər də daxil olmaqla) başqa bir adam görmədim.

Hətta son oyunda yaşanan biabırçılıq da peşəkarın öz yerində olmamasından irəli gəlirdi. Yəqin ki, bu faktı danmayacaqsız. Bu gün forma qalmaqalında adı hallandırılan bu şəxs, yəni İslam Abbasov Müşahidə Şurasının sədri kimi özünə çatacaq (rəhbər və bütün komanda üzvlərinə verilir) forma dəstindən belə imtina edirdi. Aylarla əməkhaqqı almayan klub əməkdaşlarının haqqını qorumaqdan ötrü mübarizə aparırdı. Dəfələrlə müəyyən işləri tez bir zamanda həll etmək, komandanı yarışlara ezam etmək üçün ya öz şəxsi vəsaitindən, ya da dostlarının köməyindən istifadə etdiyinin şahidi olmuşam. Sizcə beləmi olmalıydı? Təbii ki, xeyir. Hətta bir neçə dəfə söhbət əsnasında çox yorulduğunu və işdən gedəcəyini də açıqlamışdı.

Düşünürəm elə bu səbəbdən də gedib, bəzilərinin dediyi kimi QOVULMAYIB. Heç şübhə etmirəm ki, bu cür mütəxəssis işsiz qalmayacaq. Ən azından AFFA-nın nəzarətində olmayan Premyer Liqa təmsilçilərindən tezliklə dəvət alacaq. Çox xüsusiyyətlərin saya bilərəm. Amma oxumağa vaxtınız olmayacaq. Olsa da bəlkə də inanmayacaqsız. Amma bütün bunların şahidi olan bir şəxs kimi bildirmək istəyirəm ki, o cür xarakterin sahibi heç vaxt kiminləsə əlbir olub forma alverinə qol qoymaz, əziz həmkarlar. Düzdür, futbol oyundur. Amma yaşıl meydanda. Siyası meydanda (bəzi fürsətçilər üçün) olan futbola isə qoşulmasaq daha yaxşı olar. Qoşulsanız da ədalət tərəzinizi özünüzlə götürməyi unutmayın....”

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
18:49

MPL: Qərb derbisində darmadağın, "Araz-Naxçıvan" "Zirə"yə qarşı- YENİLƏNİR

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

09:20

DÇ: Minifutbol üzrə Azərbaycan millisi növbəti matçına çıxacaq

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

Facebookdan bizi izləməyi unutmayın.
X