"3 xal qazandığımıza və qalib gəlməyimizə görə çox şadam. Həmişə son saniyəyə qədər mübarizə aparmaq lazımdı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Şəhriyar Rəhimov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Topaz Premyer Liqanın XXII turunda səfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Matçın son saniyələrində komandasına qələbə qazandıran qolu vuran təcrübəli müdafiəçi növbəti görüşün vacibliyini vurğulayıb: "İrəlidə "Sabah"a qarşı çətin oyunumuz var. Tamamilə bu oyunun hazırlığına köklənmişik".
Qeyd edək ki, "Sabah" - "Səbail" oyunu aprelin 7-də keçiriləcək.
Fanat.Az