Ötən gün Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" Rusiya Premyer Liqasında XVI turdan təxirə salınmış oyununu keçirib.
Samara təmsilçisi səfərdə "Orenburq"la üz-üzə gəlib. Qarşılaşma "Krılya Sovetov"un məğlubiyyəti ilə yekunlaşıb - 1:3.
Şeydayev görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. Qarşılaşmanın əvvəlində rəqib qapıçı ilə üzbəüz qalsa da, fərqlənə bilməyən millimizin üzvü 7-ci dəqiqədə penaltiyə səbəb olub. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Aleks Sutormin dəqiq yerinə yetirərək hesabı açıb.
Bundan 5 dəqiqə sonra isə "Krılya Sovetov" penalti qazanıb. Bu dəfə topa Ramil yaxınlaşıb və bərabərlyi təmin edib. Bu futbolçumuzun Rusiya Premyer Liqasında 4-cü qolu olub.
"Krılya Sovetov" hesabı qoruya bilməyib və iki top buraxaraq məğlub olub.
Qeyd edək ki, Samara klubu hazırda turnir cədvəlində 24 xalla 11-ci pillədə qərarlaşıb.
Fanat.Az