"Trabzonspor" Türkiyə Super Liqasının XXVII turunun açılış oyununda "Antalyaspor"la qarşılaşıb.
Fanat.Az xəbər verir ki, matçın gedişində hesabda geri düşən Qara dəniz klubu yekunda qələbə qazanıb - 4:1.
88-ci dəqiqədə meydana çıxan "Trabzonspor"un futbolçusu Murat Cem Akpınar diqqət mərkəzinə düşüb. Belə ki, 20 yaşlı yarımmüdafiəçi 90+4-cü dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.
Bu gənc futbolçunun Super Liqada ilk qolu olub. Murat Cem Akpınar əvvəllər Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyunda 2 qol vurub. Lakin o, daha yuxarı yaşlılardan ibarət komandalara çağırılmayıb.
Qeyd edək ki, Murat Cem Akpınar Trabzonda doğulub. "Trabzonspor"un aşağı yaş qruplarından ibarət komandasından yetişən yarımmüdafiəçi ötən mövsümü "1461 Trabzonspor"da icarə əsasında keçirib.
Fanat.Az