"Səbail”in yeni transferi Maykl Essyen Azərbaycan Premyer Liqasında debüt edib.
Fanat.Az Qana millisinin sabiq üzvü XXIII turunun "Sabah”la matçında meydana çıxıb. O, 64-cü dəqiqədə Yevgeni Koçuku əvəzləyib. Bununla da, "Çelsi”, "Real” və "Milan” kimi klublarda çıxış etmiş 36 yaşlı yarımmüdafiəçi Topaz Premyer Liqada debüt edib.
Qeyd edək ki, "Sabail" bu oyunda 3:1 hesablı qələbə qazanıb.
Fanat.Az