Topaz Premyer Liqasında XXIII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son oyunundan sonra daha bir komandanı çempionluq və gümüş medal şansını itirib. Belə ki, "Səbail" səfərdə "Sabah"a yenilərək (1:3) nəzəri şansları ilə vidalaşıb.
23 turdan sonra aktivində 34 xal olan "Səbail" liderlərdən 17 xal geri qalır. Qarşıdakı 5 turda riyazi cəhətdən bu fərqi aradan qaldırmaq mümkün olmadığından, Bakı klubu ən yaxşı halda mövsümü bürünc medallarla başa vuracaq.
Qeyd edək ki, turnir cədvəlinə "Neftçi" və "Qarabağ" başçılıq edir. Aktivində 51 xal olan komandalar çempionluq uğrunda mübarizə aparır.
Fanat.Az