16:37 11.04.2019 1908

"Huner Group": "AFFA Qurban Qurbanov məsələsini ortaya atıb"

AFFA-nın "Huner Group"u məhkəmə ilə hədələməsi barədə xəbər vermişdik. Belə ki, şirkət Ağ şəhərdə inşa etdiyi Hünər qüllələri adlanan yaşayış kompleksindəki futbol meydançasından videorolik hazırlayıb. Rolikdə millimizin və "Keşlə"nin qapıçısı Kamran Ağayev də yer alıb. Millimizin üzvünün bu reklam kampaniyasında yer alması AFFA-nın baş katibi Elxan Məmmədovu qəzəbləndirib. Bu səbəbdən AFFA-nın hüquqşünası "Huner Group”a məktub göndərib. Səbəb isə odu ki, Kamranın reklam çəkilişində istifadə etdiyi forma, onun üstündəki emblem AFFA-ya məxsusdu. 

Məsələ ilə bağlı cebhe.info-ya danışan "Huner Group”un mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev federasiyanın onları məhkəməyə vermək istədiklərini təsdiq edib:

"Bu məsələyə görə, bizə AFFA-dan zəng eləmişdilər. Biz konkret olaraq Kamran Ağayevlə reklam xarakterli videoçarx çəkmişik. Zəng edən – AFFA-nın hüquq məsələləri üzrə əməkdaşı bildirdi ki, Kamran Ağayevin əynindəki formaya görə, reklam paylaşılan hər yerdən silinməlidir. Biz də qeyd etdik ki, bu forma bazarda satılır, almışıq və hər kəs də bundan istifadə edə bilər. Biz AFFA-nın loqosundan məqsədli şəkildə istifadə etməmişik. Federasiyanı reklam və ya antireklam da etməmişik. Hüquqşünas xanım bildirdi ki, AFFA-nın tərəfdaşı olmayan şirkətlər loqodan istifadə edə bilməzlər. Hər hansısa futbolçunu reklama çəkmək üçün onlardan icazə almalıyıq. Biz də qeyd etdik ki, bir çox futbolçulara müraciət etdik. Onlar bu məsələyə görə, AFFA-dan icazə almalı olduğumuzu dedilər. Lakin Kamran Ağayevlə əlaqə quranda bizə belə bir məsələ haqda məlumat vermədi. Artıq bu, onunla federasiya arasında olan bir problemdi. Xanım bizə bir daha xatırlatdı ki, videoçarxı silməyəcəkləri təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. Biz də qanunsuz heç bir iş görmədiyimizi, istənilən dairəyə müraciət edə biləcəklərini xatırlatdıq. Onların məhkəməyə müraciət edib-etmədikləri haqda bizə məlumat verilməyib”.

Nəsimi Paşayev problemin sırf reklamdan qaynaqlanmadığını vurğulayıb: "Mən belə düşünürəm ki, onlar Qurban Qurbanov məsələsini ortaya atıblar. Mən sizin vasitənizlə xahiş edirəm ki, bizi belə problemlərə aid eləməsinlər. Biz sadəcə bazardan forma almışıq, Kamran Ağayevə geyindirmişik və video çəkmişik. Qurban Qurbanovla, Kamran Ağayevlə bağlı məsələlərini, planlarını bizim üstümüzdən həll etməyə çalışmasınlar. Əgər qanunsuzluq etmişiksə, istənilən zaman hüquq-mühafizə orqanları qarşısında cavab verməyə hazırıq”.

Qeyd edək ki, sözügedən reklamın çəkildiyi idman zalında "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun posteri var. Posterin vurulmasına səbəb "Huner Group”un sahibi ilə Q.Qurbanov arasında münasibətlərin yaxşı olmasıdı.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X