Türkiyənin "Giresunspor” klubu baş məşqçisi Kemal Kılıçla yollarını ayırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəhbərlik mütəxəssisin müqaviləsinə xitam verib. Bu qərar komandanın XXIX turda sonuncu pillədə qərarlaşmış "Karabükspor”la səfərdə qolsuz heç-heçəyə razılaşmasından sonra qəbul olunub.
Kemal Kılıç bu mövsüm "Giresunspor”un "sükanı arxası”na gətirilmiş dördüncü məşqçi idi. O, 21-ci turdan etibarən komandaya rəhbərlik edirdi. Bu müddətdə Giresun təmsilçisini 9 oyuna çıxaran mütəxəssis cəmi 1 qələbəyə sevindiyi halda, 5 heç-heçə və 3 məğlubiyyət görüb. Komanda 29 turdan sonra 29 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Giresunspor"da Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ozan Can Kökçü çıxış edir.
Fanat.Az