Portuqaliya Sequndasında XXX turun oyunları keçirilir.
Fanat.Az-ın məlumatına görə, millimizin gənc forvardı Renat Dadaşovun formasını geyindiyi "Eştoril" də növbəti matçına çıxıb.
Rəqib autsayderlər zonasında qərarlaşan "Oliveyrense" olub. Görüşdə bütün qollar ilk hissədə vurulub. "Eştoril"in 8, 19 və 41-ci dəqiqədə vurduğu qollara qonaqlar 45+1-ci dəqiqədə təsəlli topu ilə cavab verib. Oyuna ehtiyatdan başlayan Dadaşov isə 37-ci dəqiqədə meydana daxil olub. O, dubla imza atan Robertonu əvəzləyib.
51 xalı olan "Eştoril" turnir cədvəlində 3-cü pillədə mövqe tutub.
Fanat.Az