Topaz Premyer Liqasının XXV turunda 7 futbolçu cəzalı duruma düşüb.
Fanat.Az xəbər verir ki, bunlardan 2-si qırmızı vərəqəyə, 5-i sarı vərəqə limitini doldurduğuna görə növbəti turu buraxmalı olacaq.
"Sabah"dan Novruz Məmmədov "Neftçi" ilə görüşün 56-cı, "Səbail"dən Tome Kitanovski "Sumqayıt"la oyunun 58-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
"Neftçi"dən Mamadu Mbodj, "Sabah"dan Erik Ramos, "Qəbələ"dən Elvin Camalov, "Keşlə"dən Con Kamara, "Sumqayıt"dan isə Xəyal Nəcəfov isə sarı vərəqə limitini doldurub. Camalov mövsümün 8-ci, digərləri 4-cü "sarı"sını alaraq cəzalı duruma düşüb. Onlar XXVI turun oyunlarını kənardan izləyəcək.
Qeyd edək ki, növbəti turda "Neftçi" "Sumqayıt"ı, "Səbail" "Qəbələ"ni, "Zirə" "Qarabağ"ı, "Sabah" "Keşlə"ni qəbul edəcək.
Fanat.Az