Çexiyanın "Slavya” klubunun gənclər komandasında çıxış edən Fərid Nəbiyev növbəti qollarına imza atıb.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Çexiyanın Gənclər Liqasının pley-off mərhələsinin 3-cü tutunda "Çeske-Budeyevitse” ilə oyunda meydana çıxıb.
Meydana start heyətdə çıxan həmyerlimiz 68-ci dəqiqədə əvəzlənib. Komandasının 6:0 hesablı qələbə qazandığı oyunda Fərid dubl edib.
Qeyd edək ki, 20 yaşlı hücumçu bu mövsüm "Slaviya”nın heyətində 17 qol vurub. O, Çexiya Gənclər Liqasının bombardiridi.
Fanat.Az