17:46 22.04.2019 2025

Sənan Qurbanov: "Dəyişən bir şey olmayacaq"

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanovun müsahibəsi

- Premyer Liqada ardıcıl iki oyunda qalib gəldiniz. Aprelin 23-də isə Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"la qarşılaşacaqsınız. "Keşlə" və "Zirə" üzərində qələbələr sizə əlavə motivasiya ola bilərmi?
- Futbolçular hər zaman eyni tapşırığı yerinə yetirməyə çalışırlar. Bəzən alınsa da, hərdən elə olur ki, alınmır. Son oyunlarda da çalışaraq, tapşırıqların öhdəsindən gəldilər. Uşaqlar həmişəki kimi işə daha məsuliyyətli yanaşdılar və qələbələr qazandıq. Bunlar bizə çempionatda çox vacib idi. Qarşıda kubok oyunlarımız olacaq. Burada da iddialıyıq. Çalışacaq ki, bacardığımız qədər hər iki "cəbhə"də mübarizə aparaq. Buna görə də son qələbələr bizə yaxşı təsir etməlidir. Uşaqlar "Zirə" ilə oyunda meydanda çox qaçdılar. Çalışdıq ki, bu dönəmi daha çox bərpa prosesinə ayıraq. Oyunçular verilən tapşırıqları maksimum yerinə yetirdilər.

- Kubokda ilk oyunu doğma meydanda keçirəcəksiniz. "Qarabağ"ı mübarizədən kənarlaşdırmaq üçün sabah sizə hansı nəticə sərf edə bilər?
- "Qarabağ"ın çox ciddi rəqib olduğunu bilirik. Rəqibin öz oyun üslubü var. Bu, o demək deyil ki, əllərimizi yanımıza salmalıyıq. Biz də meydana çıxıb mübarizə aparmalı və qələbə qazanacağımıza inanmalıyıq. Futbolçulara bunu aşılamaq istəyirik. Baxmayaraq ki, çempionatın bütün matçların rəqibimizə məğlub olmuşuq. Amma kubok tamam fərqlidir, iki oyundan ibarətdir. Çalışacağıq ki, həm hücumda, həm də müdafiədə daha diqqətli olaq. Birinci matçda hansı nəticə olsa, cavab oyununda ona uyğun addım atacağıq. İlk görüşdə qapımızdan qol buraxmaq və məğlub olmaq istəmirik.

- Qapıçı Dmitri Bezotosnının zədə üzündən yoxluğunu "Qəbələ" üçün ciddi itki hesab etmək olar?
- Bezotosnı əsas oyunçularımızdan biridir. Onun olmaması bizim üçün itkidir. Amma nəzərə almalıyıq ki, hər zaman Anar Nəzirova birinci qapıçı gözü ilə baxmışıq. Məşqlərə yanaşması, kollektivə münasibəti mükəmməldir. Bu, futbolçulara da, onun özünə də yaxşı təsir edir. Qapıda Anarın olması bizim üçün heç bir narahatlıq doğurmur. Mənə elə gəlir ki, Bezotosnının yoxluğunu hiss etməməliyik.

- Bu mövsüm Premyer Liqadakı bütün oyunlarda "Qarabağ"a məğlub olduğunuzu vurğuladınız. Yəqin ki, həmin matçları analiz etmisiniz. Bu komandanı, nəhayət, məğlub etməyin yollarını tapmısınızmı?
- Əvvəlki qarşılaşmaları analiz etmişik. Rəqibin heyətində həm komanda, həm də fərdi şəkildə yaxşı futbolçular var. "Qarabağ"a qarşı taktiki cəhətdən çox düzgün oynamalıyıq. Birinci, ikinci və üçüncü zonaların hamısında, sağ və sol cinahlarda təşəbbüsü ələ almalıyıq. Bütün bunları futbolçulara bildiririk. "Qarabağ"a qarşı ilk dövrədəki oyunu çıxmaq şərtilə digər üç matçda mükəmməl oynamışıq. Hardasa konsentrasiya boşluğu və sadə bir səhv nəticəsində qapımızda ikinci qolu görmüşük. Ona görə məğlub olmuşuq. Taktiki cəhətdən də düzgün oynamışdıq. Yenə dəyişən bir şey olmayacaq. İndi də doğru və düzgün oynamaq istəyirik. Sadacə, o boşluğu buraxmasaq, qapımızda qol görməyəcəyik. Əlimizə düşən şanslardan da istifadə etməliyik.

- Premyer Liqada olduğu kimi, kubokda da Avropa Liqası şansı davam edir. Sizin üçün hansını nisbətən daha asan hesab etmək olar?
- Finala vəsiqə qazanmağı da nəzərə alsaq, üç oyun kubokda, üç oyun isə çempionatda qalıb. Ona görə elə bir dönəmdir ki, hansısa birini seçə bilmərik. Hər iki yarış bizim üçün həddindən artıq ciddi olmalıdır. Mövcud qrafiq üzrə hərəkət etməliyik. Əlimizdə olan materialdan düzgün istifadə edib, bu oyunların hamısında maksimum nəticə qazanmalıyıq.

- Fariz Nəcəfov kluba prezident təyin olundu. Onun təyinatı ilə bağlı nə deyə bilərsiniz: Nəcəfovun gəlişindən sonra müsbət yöndə dəyişiklər hiss olunub?
- Fariz müəllim daim bizim komandanın içində idi. Həmişə maraqlanıb və bizdən dəstəyini əsirgəməyib. Hazırda isə dəyişən bir şey yoxdur. Onun da mövqeyi eynidir. Komandanın yanındadır və dəstəyini hiss edirik. Bizim üçün hər şey müsbətdir.

- Kubokda və Premyer Liqada mümkün uğursuzluqlar klubdakı taleyinizə təsir edə bilərmi?
- Bu barədə rəhbərliklə söhbətimiz olmayıb, ancaq mövsümün sonunda danışa bilərik. Bu, futboldur və hər şeyə hazır olmaq lazımdır. Heç vaxt bu barədə düşünməmişəm. Daim oyunlar və intensiz məşqləri fikirləşirəm. Futbolçularımız yaxşı formada olmalıdırlar ki, oyuna düzgün heyət buraxa bilək. Nəticə olsa da, olmasa da nə qərar verilsə, bu klub mənim üçün hər zaman çox doğmadır. Verilən qərara hörmətlə yanaşacağam.

- Futbolçunuz Bəhlul Mustafazadənin Şotlandiya "Seltik"indən dəvət aldığına dair iddialar yayılıb. Bu barədə nə deyə bilərsiniz?
- Bütün bunları mən də mətbuatdan oxumuşam. Kluba hər hansı rəsmi təklif gəlməyib. O, cavan və öz üzərində işləyən futbolçumuzdur. İstərdim ki, bu yazılar ona mənfi təsir göstərməsin. İşinə daha da məsuliyyətlə yanaşmalıdır. Son yazıların ardından məşqlərdə Bəhlula daha diqqətlə baxmağa başladım ki, bəzən belə hallar futbolçuya pis təsir edir. Amma o daha peşəkar oyunçu olmaq istəyir və bu yöndə işləyir. Mustafazadənin gələcəyi hələ qabaqdadır. Belə davam etsə və oyununda inkişaf olsa, niyə də Avropanın klublarında oynamasın?!

- Mövsüm yekunlaşmaq üzrə olsa da, müqaviləsi bitmək üzrə olan oyunçularınızla müqavilələr hələ də yenilənməyib və ümumiyyətlə, bu yöndə addım da atılmayıb. Niyə indidən danışıqlara başlanılmır?
- Bizdə ötən il və ondan əvvəlki illərdə də belə olub. Bəzi oyunçuların müqavilələri var. Sözləşmə müddətləri başa çatanlarla isə mövsüm bitəndən sonra danışıqlara başlanılır. Hazırda həm rəhbərlik, həm də biz daha çox nəticələrə köklənmişik. Lazım olarsa, mövsüm bitəndən sonra danışıqlar aparılacaq. ("Report")

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X