14:06 24.04.2019 2203

"Sabah" rəhbərliyi komandanın çıxışına qiymət verdi

"Sabah”ın Müşahidə Şurasının (MŞ) iclası olub.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən keçirilən yığıncaqda MŞ-nın üzvləri – Firudin Qurbanov, Rüfət Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev və Yaqub Hüseynov, həmçinin klub prezidenti Maqsud Adıgözəlov iştirak edib.

İclasa giriş sözü ilə başlayan M. Adıgözəlov komandanın cari mövsümkü çıxışı, klubun transfer siyasəti, ictimaiyyətlə əlaqələr, akademiya, aşağı yaş qruplarının AFFA-nın bayrağı altında keçirilən yarışlarda göstərdiyi nəticələr və gələcək hədəfləri barədə ətraflı məlumat verib.

Daha sonra MŞ-nın üzvləri komandanın nəticələri barədə fikirlərini bildiriblər.

F. Qurbanov çıxışı zamanı "Sabah”ın peşəkar komanda kimi ilk oyununu stadiondan izlədiyini xatırladıb: "Mən "Sabah”ın ilk oyununda olmuşam. Həmin qarşılaşmada 1:0 hesabıyla qalib gəlmişdik. Oyundan sonra paltardəyişmə otağına gedərək, futbolçulara təşəkkür etdim. Onlara "sizin bu qələbəniz "Sabah”a ümid verdi” dedim. "Sabah” Premyer Liqada ilk mövsümünü keçirir. Bu amili nəzərə alanda, komandanın hazırda qərarlaşdığı mövqe, göstərdiyi nəticələr çox yaxşıdır. Bundan əlavə, klubda təşkilatçılıq da yüksək səviyyədə qurulub. Klubun qısa müddətdə bu cür nəticə göstərməsi sevindiricidir”.

Daha sonra MŞ-nın digər üzvləri də çıxış edərək, komandanın cari mövsümdə qazandığı nəticələri qənaətbəxş hesab etdiklərini deyiblər. Bundan əlavə, onlar klub prezidenti Adıgözəlova "Sabah”la bağlı suallarını ünvanlamaqla yanaşı, öz məsləhətlərini də veriblər.

Sonda klub prezidenti M. Adıgözəlov gələcəkdə bu cür görüşlərin tez-tez baş tutmasını arzuladığını, MŞ-nın üzvlərinin bundan sonra da klubun inkişafı istiqamətində öz məsləhətlərini əsirgəməyəcəklərinə ümid etdiyini bildirib.
 


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

Facebookdan bizi izləməyi unutmayın.
X