"Bakı"nın sabiq üzvü İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə FIFA məlumat yayıb. 37 yaşlı oyunçu matçların nəticələrini manipulyasiya etdiyi üçün bu cəzaya məruz qalıb.
Qeyd edək ki, Karqbo 2010-2013-cu illərdə "Bakı”da çıxış edib. Syerra-leoneli oyunçu son olaraq İngiltərənin aşağı liqa təmsilçisi "Dulviç Hamlet”də oynayıb.
Fanat.Az