12:20 26.04.2019 1901

Ramin Musayev: "İnsan öləndən sonra da yaşamalıdır"

Bu gün PFL-in prezidenti Ramin Musayevin doğum günüdü. O, 1963-cü ilin aprelin 26-da dünyaya gəlib. İşlə əlaqdar olaraq onunla üzbəüz görüşə bilmədik. Telefon söhbətimiz isə sosial, mənəvi və fəlsəfi mövzuda oldu.

– Ramin müəllim, ad gününüzü  təbrik edirik. İlk olaraq bilmək istərdik: Həyat sizin üçün nə deməkdir?
– Təbrikə görə çox sağ olun. Yaşımla bağlı deyə bilmərəm, amma daxilən özümü cavan hiss edirəm. Həyatda çalışmışam ki, heç kimə pislik etməyim, kiminsə haqqına girməyim, heç kimin xətrinə dəyməyim. Rəhmətlik atam deyərdi ki, oğul, kişi odu ki, öləndən sonra da yaşasın. İnsanların yaddaşında əbədi olaraq yaxşı işlərin səbəbkarı, xeyirxah birisi kimi qalmalısan. Mən də çalışıram ki, əməlimlə atamın dediklərini döğruldum.

–  Sizin iş otağınıza çay içməmək sadəcə günah sayılır. Çay süfrəsini necə dəyərləndirirsiniz?
– Bu bizim milli adət-ənənəmizdi, evə gələnə ilk olaraq çay verilir. Mənim də günümün demək olar ki, böyük hissəsi işdə keçir. Ona görə də iş yerimi bəzilərindən fərqli olaraq birinci evim hesab edirəm. Səhər saat 9:00-dan axşam 21:00-a qədər işdə oluram. Oyun günləri isə daha çox.

– Bəs qonaqlarınızın fikri necə olur?
– Vallah bilmirəm nədəndir, otağın ab-havasındanmı, söhbətin şirin olmasındanmı hamı çayımızı tərifləyir. Bunu başqa cür dəyərləndirənləri isə öz vicdanının öhdəsinə buraxaq.

– Hər bir insan həyatı təbiəti xatırladır, dağı, dərəsi, aranı var. Bununla bağlı sizin fikriniz necədir?
– Mən kənddə doğulmuşam, kənd uşağıyam. On altı yaşıma qədər orda yaşamışam. Baxmayaraq ki, 40 ildən artıqdır Bakıdayam, amma mənə kənd doğma gəlir. Qardaş, kənd həyatı başqadır. Gərək o həyatı yaşayasan ki, dadını da biləsən.  Sağ olsun qohumlarım, dostlarım hərdən dağın, dərənin görüntülərini göndərirlər. Onlara baxıb ən azından kövrəlməmək mümkün deyil. İnsan həyatı da təbiət kimi enişli-yoxuşlu olur. Bir zaman olur ki, çətinlyə düşürsən, problemlərlə üzləşirsən, bəzən də çətinliklərdən uzaqlaşırsan. Amma məncə hər birinin öz yeri var. Çətin günlərinin də, xoş anlarının da qədrini bilməlisən. Kişi çətinliyə düşəndə ondan çıxmağı bacarmalıdı.

– Kənd uşaqları daha çox zəhmətə qatlaşırlar…
– Çünki buna bir növ məcburdurlar. Kənddə mütləq işləməlisən, evə kömək etməlisən. Şəhərdə isə uşaqlar daha çox bağça ev arasında qalır.

– Həyatın bərkini-boşunu görmüş bir insan kimi dostu necə dəyərləndirirsiniz?
– Məncə həyatda iki varlıq var: ANA və DOST. Çünki bunların heç biri pulla, vəzifə ilə alınmır. ANA insanı dünyaya gətirəndi, DOST isə ikinci özün deməkdi.

– Aşıq peşəsinə vurğunluğunuz necədir?
– Bu da kənddən qalan adətdi. Bildiyiniz kimi mən gürcüstanlıyam, orda isə bu peşəyə son dərəcə böyük maraq var. Uşaqlığın belə bir şəraitdə keçib. Mən atamı uşaq ikən itirmişəm. Eşitdiyimə görə atam da sazda yaxşı ifa edirmiş.

Mən atamla demək olar ki, eyni həyatı yaşamışıq. O da cavan qardaş itirdikdən sonra sazı dayandırıb, mən də. Ancaq saz elə bir musiqi alətidir ki, onu duyanın onsuz yaşamağı çətin olar.

Hərdən deyirəm ki, kaş mən dünyamı dəyişəndə aşıq Zülfiyyə yanımda saz çala. Onda nə "uf” deyərəm, nə də "of”.

– Sazda zümzümə etmək necə, könlünüzə düşürmü?
– Üç sazım var, deməli olur.

- Təbiətə bağlı insansınız. Bu nədən yaranır?
– Yenə qayıdıram kəndə, qayalarını gəzdiyim torpaqlara. Təbiəti – yaşıllığı, ağacları çox sevirəm. Bəlkə də bu doğulduğum yerdən qaynaqlanır.

Hərdən arzu edirəm ki, meşədə olasan, yanında bulaq, saz və ürəyin istəyən insanlar ola. Belə yerdə közdə bişmiş kartofu dünyanın ən gözəl restoranında olan ən bahalı yeməkdən üstün tuturam. Çünki onun öz dadı, öz gözəlliyi var.

– Sizin kitabla dostluğunuz necə, davam edirmi?
– Bəli, kitab oxuyanda bəzən dərddən-kədərdən uşaqlaşırsan, bəzən də elə mövzular dərd üstünə dərd gəlir. Elə vaxt olur səhər saat 6-a qədər kitabdan ayrıla bilmirəm. Gözümün biri yumulu, biri açıq hadisələrin sonunu gözləyirəm.

–  Valideyn-övlad, baba-nəvə sintezini necə edərsiniz?
– Valideyn əvəzolunmazdı. Amma insan valideyn olandan sonra hiss edir ki, övlad da belədi. Nəvə isə babalarımız demişkən hər şeydən şirin olur. Şükür Allahıma, olmayanlara da qismət olsun, həm oğul, həm də qız nəvəm var.

Həyatda baba və nənə demək olar ki, görməmişəm, amma özüm babayam, sanki o körpələri görəndə hər şeyi unuduram.

– Sizcə nəvənin şirinliyi nədədir?
– Həyat belədir, uşaqlar balaca olanda valideyn ailəni dolandırmaq üçün çalışır, uşaqların necə böyüdüyünü bir növ xatırlamır. Mən hərdən rəhmətlik anama sual verirdim ki, nəvələrini çox istəyirsən, yoxsa balalarını ? Deyirdi ki, yüz nəvəm ola, səni onlara dəyişmərəm. Hətta bir dəfə dedi ki, bütün nəvələrim sənə qurban.

İnsan öz bağında becərdiyi meyvəni bazardan aldığın heç bir meyvəyə dəyişməz. Nəvə də elədi, öz dadı var.  Mənə elə gəlir ki, nənələrimizdən soruşsaq, deyərlər ki, bala nəvədən şirindir. Babalar isə nəvəni üstün tutur.

– İşinizin gərginliyini nəzərə alaraq stresdən şıxış yolunu necə müəyyənləşdirirsiniz?
– Mən bağda qalıram, 2 itim və 1 pişiyim var. Evdə olanda onlarla vaxtımı keçirirəm. Onların sevinci yorğunluğumu götürür. Çünki it çox sadiqdi. Bəzən atın da sadiqliyini tərifləyirlər, amma mən iti daha üstün tuturam. Stresmi onlarla çıxarıram.

– Heyvanlarla dostluğunuz tuturmu?
– Bəli. Çünki it çox sadiqdi.

– İnsanın digər canlılarla fərqli xüsusiyyətlərini necə görürsünüz?
– Onlar bəzi insanlardan ehtibarlıdı. Çünki heyvanı pulla almaq olmur, o dəyişilmir. Sənin ətrin ona bəs edir. Amma elə insan var vəzifəsi, pulu artanda dəyişir.

– İnsan doğmaların məzarını hər ziyarətdən sonra daxilən yüngülləşir, mənən güclənir. Bunu hiss etmisinizmi?
– Çox ağır sual oldu. Bəli.

– Sizcə bu nədəndir?
– Dünyasını dəyişən anamın, dostumun qəbri üstünə tez-tez gedirəm. Məzarı önündə oturub daxilən söhbət edirəm. Sənə elə gəlir ki, o səni eşidir. Çünki onlar sənin üçün yaşayır. Düz deyirsiniz, adam xeyli təsəlli tapır. Hətta dəfələrlə olub ki, çətin günlərimdə həmin dostum yuxuma girib, mənə dayaq olub, yol göstərib … (kövrəlir).

 –  İnsanın həyatda dəyəri nə ilə ölçülür?
– Qəlbinin təmizliyi ilə. Belə insanın əməli də gözəl olur.

– Doğum günü həm də bir hesabat günüdür. Özünüz özünüzə hesabat verirsinizmi?
– Hər axşam özüm-özümə hesabat verirəm. İşləri necə görmüşəm. Kiminsə qəlbinə dəymişəmmi. Əgər işlə əlaqədar olubsa da səhərisi gün işə gələn kimi həmin adamı çağırıb üzr istəmişəm. Çünki atamın dediyi kimi insan öləndən sonra da yaşamalıdır. (Rakus.az)
 
Mənbə: Rakus.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X