Topaz Premyer Liqasında XXVII turun oyun cədvəli məlum olub.
Fanat.Az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçiriləcək.
Lider "Qarabağ" "Səbail"lə, ikinci pillədəki "Neftçi" isə "Qəbələ" ilə qarşılaşacaq. Bu iki qarşılaşma eyni saatda start götürəcək.
Daha sonra Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Keşlə"nin "Zirə" və "Sumqayıt"ın "Sabah"la ev oyunları da eyni saatda başlayacaq.
5 may
18.00 Qəbələ - Neftçi
Qəbələ şəhər stadionu.
18.00 Qarabağ - Səbail
Tofiq Bəhramov adına Respublika Stadionu.
20.00 Keşlə - Zirə
"ASK Arena”.
20.00 Sumqayıt - Sabah
"Kapital Bank Arena”.
Fanat.Az