13:50 30.04.2019 1909

Millət vəkili: "Qurban Qurbanovun millidən çıxarılması bizlərə müəmmalı qaldı"

Millət vəkili Vahid Əhmədovun müsahibəsi

- Futbola marağınız varmı?
- Çox. "Barselona" klubuna azarkeşlik edirəm. Hardasa 10 ildən çoxdu. Bu komandanın oyunu diqqətimi çəkir. Bir oyununu buraxmamışam. 

- Bəs yerli klublardan?
- Əvvəllər "Neftçi"yə azarkeşlik edirdim. Ancaq son zamanlar fikir verirəm ki, bu komandada çox çatışmazlıqlar var. Son illərdə "Xəzər Lənkəran"a baxırdım. İndi isə "Qarabağ"ın çıxışını bəyənirəm. Bu komandanın həm məşqçisi normal səviyyədə məşq aparır, həm də oyun üslubu yaxşıdır. 

- "Xəzər Lənkəran" daxil bir çox bölgə klubu məhv olub. Hazırda çempionatda "Qəbələ"dən başqa bölgə komandası yoxdu. Çempionatın bu durumunu necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Azərbaycanda futbolla bağlı çox ciddi işlər görülmür. İdmanın başqa sahələrinə baxın. Güləş olsun, gimnastika olsun və s. digər sahələrdə ciddi irəlləyişlər var. Ancaq futbol sahəsində... Normal futbolçular yetişdirə bilməmişik. Çünki futbola uşaq meydançalarından başlamaq lazımdır. Bölgə komandalarından uşaqlar gətirmək lazımdır. Normal futbolçu yetişməlidi. Düzdü, kənardan gətirirlər, ancaq o da bəhrəsini vermir. Çünki biz yerli futbolu inkişaf etdirməsək, yaxşı futbolçularımız olmayacaq. 

Son vaxtlar "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu sahədə çox çalışır. Müəyyən qədər lazımlı futbolçular yetişdirir. Amma səviyyə o səviyyə deyil. Futbolun işinə qarışan müəyyən insanlar var, mən deyə bilmərəm. Ancaq hələki yaxşı futbol görmürük. Avropa futbolu kimidir deyə bilmirik. 

- Qurban Qurbanovun millidən gedişi sizcə doğru qərar idi? Yığmamız yenə əcnəbi mütəxəssisə tapşırıldı.
- Qurban Qurbanovun millidən çıxarılması bizlərə müəmmalı qaldı. Qurban Qurbanov cəsarətli futbolçu idi, cəsarətli məşqçidir. Çox yaxşı məşq aparır. 1 il nəsə alınmadısa, bu o demək deyil ki, alınmayacaq. Ümumiyyətlə, mən Qurban Qurbanovun işinə yüksək qiymət verirəm. Onu saxlamaq lazım idi. Çünki ölkədə futbolun inkişafında onun xüsusi rolu var. Bir vaxtlar Əhməd Ələsgərov idi. Azərbaycan futbolunda onun rolu böyük idi. Qurban Qurbanov da elə bir şəxsdi. 
 
- AFFA-nın işini necə qiymətləndirirsiniz?
- AFFA-nın işini yüksək qiymətləndirirəm. Burada əsas futbolçulardır. Bilirsən, milli futbol olmasa, kənardan nə qədər legioner gəlsə də, inkişaf olmayacaq. Məsələn, mən xarici futbolçuları o qədər də qəbul etmirəm. Fikir ver, Almaniya daha çox yerli futbolçularına üstünlük verir. Düzdü, Avropada çoxu Argentinadan, Braziliyadan gələnlərdi. Ama özləri də yetişdirir. Bizdə də özümüzdə yetişməlidi. Öz futbolumuz, futbolçumuz olmalıdı. 

- Fərqləndirdiyiniz hansısa futbolçu varmı?
- Vallah, nə deyim. İnan ki, bizimkilərə az baxıram. Daha çox Avropa futbolunu izləyirəm. Azərbaycan çempionatına çox az baxıram. Əvvəllər marağım çox idi. "Neftçi"nin bütün oyunlarına baxırdım, stadiona gedirdim. O vaxtlar azarkeşlər həddən artıq çox idi. Onda yaxşı futbolçular da vardı. Banişevski, Tuayev, Sxolin, Smolnikov kimi tanınmış futbolçular vardı. Dünya çempionatında iştirak etmiş futbolçular.. Ancaq son zamanlarda qapıçı Kamran Ağayevi qeyd edərdim. O, getdi ölkə xaricinə. O da sonra qayıtdı geri. Başa düşmədim nə məsələ idi. Ancaq heç olmasa gedib xaricdə müəyyən oyunlar keçirib. 

- Sonuncu dəfə stadiondan canlı olaraq hansı oyunu izləmisiniz?
- Sonuncu dəfə yadıma gəlmir. İnan mənə, bəlkə 15-20 il əvvəl olub. "Neftçi"dən sonra izləməmişəm. 

- Futbolla bağlı ən yadda xatirəniz...
- O qədər olub ki, saymaqla bitməz. (gülür)... Futbol maraqlı oyundu. Heç stadiona getməsən də, televiziya önündə belə oturub həvəslə baxırsan. Amma stadion stadiondu da. Son vaxtlar "Qarabağ"ın oyunlarında ciddi irəlləyişlər var. Azarkeşlərin sayı çoxalıb. O vaxt Lənkəranda tribunalar dolurdu.

Futbolçularımızın özündə də günah çoxdu. Normal məşq etsinlər. Sən futbola gəlmisənsə, gecə - gündüz işin - sənətin olmalıdır. Başqa şey barədə fikirləşməməlidir. Gecə gündüz məşq etməlisən ki, normal oyun apara biləsən. Mən də istərdim ki, yaxşı futbol göstərsinlər, bizlər də gedib onlara azarkeşlik edək. 

Mənbə: sport7.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

Facebookdan bizi izləməyi unutmayın.
X