15:18 30.04.2019 2482

Rail Məlikov: "Avtomobilimi 305 km/saat sürətlə sürmüşəm"

"Tuninqlə bağlı problem olmuşdu. Həm də mən milli komanda ilə toplanışda olduğum vaxt qohumum maşını sürətlə idarə etmişdi və avtomobili saxlamışdılar. Həmin vaxt avtomobili mənim idarə etdiyimi deyirdilər, halbuki özüm yığma ilə birgə Avstriyada idim".

"Sumqayıt"ın futbolçusu Rail Məlikov autocity.az saytının "Onun arabası var" rubrikasına müsahibə verib. 

Fanat.Az xəbər verir ki, 34 yaşlı müdafiəçi indiyədək dəyişdiyi maşınlardan, yüksək sürətlə maşın idarə etməyə meylliliyindən və "Formula-1"ə marağından danışıb...

- Maşın sürməyə neçənci ildən başlamısınız?
- 2003-cü ildən. İlk maşınım "Mercedes-Benz R129" olub. Onu Emin İmaməliyevdən almışdım. Bu, ən çox bəyəndiyim maşın idi. Həmin avtomobil çox dözümlü və rahat idi.

- Neçə il idarə etdiniz?
- Onu 4 il idarə etdim, sonra "Mercedes GL" aldım. Həmin vaxt "Neftçi"də oynayırdım və tuninq etdirib ağ-qara rəngdə etdirmişdim.

- Deyəsən, həmin maşınla bağlı nə isə problem yaşanmışdı...
- Tuninqlə bağlı problem olmuşdu. Həm də mən milli komanda ilə toplanışda olduğum vaxt qohumum maşını sürətlə idarə etmişdi və avtomobili saxlamışdılar. Həmin vaxt avtomobili mənim idarə etdiyimi deyirdilər, halbuki özüm yığma ilə birgə Avstriyada idim. Sonra isə 2011-ci ildə "Mercedes S Class" AMG 6.3 motor aldım. Bu, ən çox bəyəndiyim maşınlardan biri idi. "Lexsus 350", BMW 7-ci seriya, "Hyundai Sonata", "Subaru" və sonda BMW 5-ci seriya aldım. Bu, ən çox arzuladığım və uşaqlıqdan sevdiyim maşın olub. Bu, ilk növbədə, motorunun həcminin böyük - 4.6 olması ilə əlaqədardır. Özüm zəif motorlu maşınları sürə bilmirəm. Hazırkı avtomobilim Bakıda tək-tük olan maşınlardan biridir.

- Tuninq etdirdiyiniz maşının heyvan səsli siqnal verdiyi də deyilirdi...
- Həmin maşını cərimə meydançasına aparmışdılar və orada başqa maşının siqnalını mənimki kimi göstərmişdilər. "Day-day"lardan birinin avtomobili elə siqnal verirmiş, atmışdılar mənim maşınımın üstünə. Məndə həmin maşının original siqnalı olub və onun da qiyməti 5000 manat idi. Mən elə qəribə siqnallardan istifadə etməmişəm. Bu, nə mənə, nə də maşınıma yaraşardı və ən nifrət etdiyim siqnal idi. Kimsə boynuma şər atıbsa, axırıncı adamdır, Allahdan qorxsun.

- Belə həcmli motora malik BMW ilə doğrudan da nadir hallarda rastlaşmaq olar...
- Bəli. 4.6 və 4.9 həcmli motora malik BMW-lərə M-Paket deyirlər. BMW elə maşındır ki, onu sürən ancaq elə BMW sürmək istəyir, başqa marka maşın almaq istəmir. Ona görə də 7-ci seriyalı BMW-mi satdıqdan sonra 2-3 maşın dəyişsəm də, özümü yaxşı hiss etmədim. Əvvəllər böyük həcmli motora malik maşın sürənlər sonradan kiçikhəcmliləri sürə bilmir. Ona görə də yenidən BMW-ni və uşaqlıqdan arzuladığım "39 kuzov"u götürdüm.

- Maşını sürətlə idarə etməyi sevirsinizmi və ən maksimal sürətiniz nə qədər olub?
- "Mercedes S Class" AMG 6.3 motorlu avtomobilimi 305 km/saat sürətlə sürmüşəm. Bu, gecə vaxtı idi. Hansı yolda sürdüyümü deməyəcəyəm. Həmin vaxt yola radar qoyulmamışdı. Maşınımın maksimal sürəti isə 320 km/saat idi. Elə sürətli maşın idi ki, yoxlamaq istədim. Nəyi gizlədim, sürət xəstəsiyəm. Boş tras idi, heç kim yox idi. Ərəblər bu maşını 307 km/saat sürətlə sürüblər, "YouTube"də var. Mən isə 305-lə sürdüm.

- Deyəsən, maşınlarınızı tez-tez dəyişsəniz də, nömrələrini dəyişməmisiniz...
- Demək olar ki... "MR 002" sonluğu mənim inisialımdır. MR soyadım və adımın baş hərfləri, "2" isə geyindiyim formanın nömrəsidir.  

- Radara tez-tez düşürsünüz?
- İndi nadir hallarda düşürəm. Çünki riayət edirəm. Əvvəllər də riayət edirdim. Sadəcə, indi harada necə sürməyin lazım olduğunu bilirəm. Yaş istər-istəməz öz sözünü deyir. İndi daha çox parkinq olmayan yerlərdə radarlar qoyulub, onlara düşməkdən qaçmaq olmur. 18 manat da cəriməsidir. Amma yollarda radarlara nadir hallarda düşürəm.

- Borcla bağlı maşını satdığınız hal olub?
- Yox, məndə belə hal olmayıb. Əksinə, GL-i barter edəndə üzərində pul aldım.

- Axı, hazırkı maşının əvvəlki qiymətdə deyil...
- Bu, klublardakı gəlirimdən asılı məsələdir. Həm də artıq böyük və komfortlu maşınların həzzini almışam. Ən yaxşısı, səni qane edən maşının olmasıdır. Nə vacibdir ki, gözə girəsən?

- Doğrudan da vaxtikən futbolçular arasında ən bahalı maşın sizdə olub?
- "Mercedes GL" olan vaxt bəli. Ən bahalı maşın məndə idi. Amma digər futbolçularda da bahalı avtomobillər idi.

- Bakıda keçirilən "Formula-1" yarışlarını izləyirsiniz?
- Uşaqlıqda çox izləyirdim, Mixael Şumxerin "xəstəsi" idim. O gedəndən sonra çox izləmirəm, amma rəğbətim "Ferrari"yədi.

- Maşını sürətlə idarə etməyiniz bununla əlaqədardır?
- (gülür) Hər bir insan özünü sınamaq istəyir. Amma "Formula-1" maşınları fərqlidir, onları idarə etmək üçün peşəkarlıq, təcrübə lazımdır. Həm də onlar adi maşınla eyni deyillər.

- "Formula-1"ə olan marağı artırmaq üçün nə edilməlidi?
- Məncə, bu idman növü Azərbaycana yad deyil. Hər bir idman növünün öz tamaşaçıları var. Nə qədər ölkə bu yarışı keçirməyin həsrətindədir. Sevindirici haldır ki, Bakıda belə bir yarış keçirilir və insanlar gəlib baxırlar. Artıq bütün dünya bizi tanıyır. Xarici qonaqlar da gəlib Bakınə görürlər. Ən sürətli trek də bizdədir.

- Tanıdığınız "Formula-1" pilotları var?
- Niyə yoxdur? Lüis Hemilton və Sebastyan Fetteli xüsusi qeyd edərdim. Hamilton 5 dəfə dünya çempionu olub və bu titulların sayında 7 qat dünya çempionu Mixael Şumaheri keçəcəyini bildirib.

- Ağır qəza keçirmisiniz?
- Xeyr, ağır qəza keçirməmişəm. Amma mənim maşınımı vurublar. O da ciddi bir şey olmayıb.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
18:53

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X