"Neftçi”nin Reynaldo ilə maraqlandığını, mövsümün sonunda "Qarabağ”ın braziliyalısını heyətə qata biləcəyini yazmışdıq.
Fanat.Az-a verilən son məlumata görə, qışda "sambaçı” ilə maraqlanan "ağ-qaralar” cənubi amerikalının transferindən vaz keçmək üzrədi.
Bakı klubunun sözçüsü Rüstəm Allahverdiyevdən klubun rəsmi mövqeyini öyrəndik: "Bu gün üçün Reynaldonun transferi aktual deyil. Onun yayda heyətə qatılması nəzərdə tutulmayıb”.
Fanat.Az