Azərbaycan kubokunun final görüşünün təyinatları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Qəbələ” ilə "Sumqayıt” arasında keçiriləcək həlledici qarşılaşma İnqilab Məmmədova həvalə edilib.
Mayın 19-da Naxçıvan Muxtar Respublikasında baş tutacaq görüşdə ona Rahil Ramazanov və Pərvin Talıbov kömək edəcəklər. Oyunun ehtiyat hakimi Səbuhi Bayramov olacaq.
Hakimlərin işinə hakim-inspektor Vüsal Əliyev qiymət verəcəksə, matçın AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.
Fanat.Az