Bu gün Region Liqasının 2018/19-cu il mövsümünün final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Sumqayıtın "Uğur" komandası Qusar "Şahdağ"ı üzərində 2:0 hesablı qələbə qazanaraq, adrdıcıl ikinci mövsüm Region Liqasının qalibi adını qazanıb.
Sumqayıtlıların ikinci qoluna imza atan Millimizin sabiq üzvü Vüqar Nadirov, turnirin nəticələrinə əsasən, 2018/19-cu il mövsümünün "ƏN YAXŞI FUTBOLÇU"su seçilib.
Vüqara xüsusi diplomu, "Uğur”un digər üzvlərinə isə kubok və medalları millimizin baş məşqçisi Nikola Yurçeviç, Regional Futbol Federasiyaları İçtimai Birliyinin prezidenti İskəndər Cavadov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov təqdim edib.
Fanat.Az