"Sumqayıt"la keçirəcəyi Azərbaycan Kubokunun final matçından əvvəl "Qəbələ"nin heyətində məcburi dəyişiklik olub.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar"ın qapıçısı Dmitro Bezotosnı oyunöncəsi məşqdə zədələnib. Ukraynalı qolkiperi Anar Nəzirov əvəzləyib.
Qeyd edək ki, Bezotosnı Azərbaycan Premyer Liqasının son 3 turunu da zədə üzündən buraxıb.
Əlcək sahibi finalda oynamağa hazır olsa da, yenidən zədələnib.
Fanat.Az