Rusiya Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" sonuncu - XXX turda səfərdə ÇSKA ilə qarşılaşıb. Azərbaycanlı forvardın start heyətdə meydana çıxdığı və 90 dəqiqə oynadığı matçda Samara təmsilçisi 0:6 hesabı ilə uduzub.
Qeyd edək ki, mövsümü 28 xalla 13-cü pillədə başa vuran "Krılya Sovetov" aşağı dəstədən gələn komanda ilə "play-off" oyununa çıxacaq.
"Zenit"in çempion olduğu mövsümdə Moskva "Lokomotiv"i gümüş, "Krasnodar" bürünc medallara sahib çıxıb və hər 3 komanda Çempionlar Liqasına vəsiqə qazanıb. 4-5-ci pillələrin sahibləri - ÇSKA və "Spartak" Avropa Liqasına vəsiqə əldə edib. "Anji" və "Yenisey" aşağı liqaya yuvarlanıb, "Krılya Sovetov" və "Ufa" isə aşağı dəstədən gələn "Tomsk" və "Nijni Novqorod"la pley-off-da qarşılaşacaq. "Tambov" və "Soçi" isə birbaşa Premyer Liqaya vəsiqə qazanıb.
Fanat.Az